Bu gün: 19 Noyabr 2017, Bazar
ADPU-nun nəzdində ADPK-də İctimai Şuranın üzvlərinin iştirakı ilə monitorinq keçirilib
ADPU-nun nəzdində ADPK-də İctimai Şuranın üzvlərinin iştirakı ilə monitorinq keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) iyunun 22-də ADPU-nun İctimai Şurasının üzvlərinin iştirakı ilə 2016-2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı monitorinq keçirilib. Qeyd edək ki, İctimai Şuranın tərkibinə ölkədə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatlarının və media qurumlarının rəhbərləri, həmçinin tanınmış təhsil ekspertləri daxildirlər.

 

Monitorinq zamanı Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev, Moderator.az saytının redaktoru Zülfüqar Hüseynzadə, təhsil ekspertləri Nadir İsrafilov, Etibar Əliyev kollecdə təşkil olunan imtahanların gedişini izləyib, imtahanların keçirildiyi auditoriyalara, cavabların kodlaşdırılması, yoxlanması və emalı otaqlarına baxış keçiriblər. Eyni zamanda tədbirin işıqlandırılması məqsədilə monitorinqdə müxtəlif  kütləvi informasiya vasitələrinin nümayəndələri, televiziya əməkdaşları da iştirak ediblər.

Monitorinqdən öncə ADPU-nun nəzdində ADPK-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov İctimai Şuranın üzvləri ilə görüşüb. Kollecdəki tədris prosesi haqqında məlumat verən Qulu Novruzov imtahanların təşkilində, keçirilməsində və qiymətləndirmə prosesində yeni mexanizmin tətbiq edilməsini bildirib. Məqsəd imtahanların şəffaf və obyektiv keçirilməsini təmin etmək, eyni zamanda təhsilalanların bilik və bacarıqlarının dəqiq müəyyənləşdirilməsidir. İmtahan biletlərinin sualları təhsilalanların səviyyələri nəzərə alınmaqla və açıq suallara üstünlük verilməklə tərtib olunub. Aprel ayında müvafiq qruplarda pretest olunmuş biletlərin nəticələri müzakirə edilib və biletlər, suallar təkmilləşdirildikdən sonra imtahana hazır hesab olunub.

Dövlət Attestasiya və yaz semestrinin imtahan sessiyasının təşkili ilə bağlı Təhsil Nazirliyinin əmrlərinə əsasən kollecdə müvafiq əmrlər təsdiq edilib, İmtahan Qərargahı, sessiyanın gedişi və qiymətləndirmənin nəticələri ilə bağlı müraciət və şikayətlərə baxılması üçün Münaqişə Komissiyası yaradılıb.

         Qiymətləndirmənin dəqiq, obyektiv aparılması və cavabların hərtərəfli  dəyərləndirilməsi üçün hazırlanmış qiymətləndirmə meyarları təkmilləşdirilib. 0-10 bal sistemində hər bir bal üzrə tələbələrin bilik və bacarıqlarını dəqiq ölçmək  məqsədilə qiymətləndirmə üzrə yeni meyar cədvəli hazırlanıb və hər bal üçün açıq və qapalı suallara uyğun olaraq müvafiq meyarlar tərtib olunub.

 

1 ... 312 313 314 ... 516

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.030678

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)