Bu gün: 26 Sentyabr 2017, Çərşənbə axşamı
ADPU-da Məzun gününə həsr edilmiş tədbir keçirilib
ADPU-da Məzun gününə həsr edilmiş tədbir keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
İyunun 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Məzun gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə iştirak ediblər. Öncə ulu öndər Heydər Əliyevin ADPU-dakı abidəsi önünə əklil və gül dəstələri qoyulub. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

 

Tədbiri giriş nitqi ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov məzunları və onların valideynlərini bu əlamətdar və xoş gün münasibətilə təbrik edib, məzunlara gələcək həyatlarında və müqəddəs müəllimlik fəaliyyətlərində böyük uğurlar arzulayıb.

Rektor Cəfər Cəfərov qeyd edib ki, müəllim bütün həyatı boyu öyrətməklə bərabər, həm də özü daim oxuyub-öyrənən, mütaliə edən, öz üzərində çalışan, bilik dairəsini genişləndirən bir şəxsdir. Ümummilli liderimiz Heydər Əliyev müəllim peşəsini yüksək qiymətləndirərək demişdir: “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Bizim həyatımızda müəllimlik ən hörmətli peşədir. Müəllim cəmiyyətimizdə görkəmli yer tutur. Orta məktəbdə, ali məktəbdə hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millət üçün, Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisidir, ən lazımlısıdır. Azərbaycan ziyalıları arasında müəllimlər xüsusi yer tuturlar, hörmətə layiqdirlər, xüsusi qayğı və diqqətlə əhatə olunmalıdırlar. Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”.

Ulu öndərimiz  Heydər Əliyevin müdrik və mütərəqqi ideyalarını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev müəllim adına, müəllim əməyinə yüksək qiymət verir. Dövlət başçımız İlham Əliyev demişdir: “Müəllimlər Azərbaycan cəmiyyətinin elitasıdır”. Eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva elm və təhsilin inkişafinda əvəzsiz xidmətlər göstərir. Təhsil Nazirliyi tərəfindən “Gələcəyin müəllimi təqaüdü” təsis edilib. Bu təqaüd pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən tələbələrə şamil olunur.

Rektor Cəfər Cəfərov çıxışı zamanı bildirib ki, bu il ADPU-nun 8 fakültə üzrə əyani şöbəsini  1944 nəfər, 7 fakültə üzrə qiyabi şöbəsini isə 306 nəfər (cəmi 2250 nəfər) məzun bitirir. Bu il ADPU-nun SABAH qruplarını 34 nəfər məzun bitirir. Cari ildə universiteti 16 nəfər əcnəbi tələbə bitirir. Builki tədris ilində ADPU-nun Ağcabədi Filialının əyani şöbəsini  5 ixtisas üzrə 115 nəfər, qiyabi şöbəsini isə 1 ixtisas üzrə 20 nəfər (cəmi 135 nəfər), Cəlilabad Filialının əyani şöbəsini 4  ixtisas üzrə  104 nəfə, qiyabi şöbəsini isə 1 ixtisas üzrə 21 nəfər (cəmi 125 nəfər), Şəki Filialının əyani şöbəsini 8 ixtisas üzrə 334 nəfər, Şamaxı Filialının əyani şöbəsini 5 ixtisas üzrə 133 nəfər, Quba Filialının əyani şöbəsini 6 ixtisas üzrə  167 nəfər məzun  bitirir. Ümumilikdə  bu il  ADPU-nun 5 filialını  750 nəfər məzun bitirir. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecini (ADPK) isə 11 ixtisas üzrə əyani şöbəni 1115, qiyabi şöbəni isə 318 nəfər (cəmi 1433) məzun bitirir.  Bütövlükdə bu il ADPU-nu filiallar və ADPK ilə birlikdə  4433 nəfər məzun bitirir. Builki tədris ilində universitetin magistraturasını  25 ixtisas, 33 ixtisaslaşma üzrə  298 nəfər magistr bitirir.

Rektor Cəfər Cəfərov çıxışının sonunda bir daha məzun-gəncləri universiteti bitirmələri münasibətilə təbrik edib, onların gələcəkdə müstəqil ölkəmizin hərtərəfli inkişafına öz layiqli töhfələrini verəcəklərinə əminliyini ifadə edərək müvəffəqiyyətlər  arzulayıb.

Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə məzunları universiteti bitirmələri münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb, xalqımıza və dövlətimizə layiqincə xidmət etməyi tövsiyə edib.

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin məzunu Gülgəz Cəfərzadə məzunlar adından çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ADPU-nun rəhbərliyinə təşəkkür edib, universitetdə öyrəndikləri bilik və bacarıqların onların gələcək həyatında, peşə karyeralarında mühüm rol oynayacağını vurğulayıb.

Tədbirdə universiteti fərqlənmə diplomu ilə bitirən bakalavrlara və eləcə də magistraturanı fərqlənmə diplomu ilə başa vuran magistrlərə diplomlar təqdim edilib. Eyni zamanda universitetin ictimai-mədəni həyatında fəal iştirak edən, vətəndaş mövqeyi ilə fərqlənən tələbələrə diplomlar və təşəkkürnamə təqdim edilib, həmçinin bədii yaradıcılıq, idman sahələrində uğurlar qazanan tələbə-gənclər haqqında məlumat verilib. Sonra Məzun şarı havaya buraxılıb.

Tədbir məzun-gənclərin hazırladıqları bədii-musiqili kompozisiya və tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam edib.

 

1 ... 316 317 318 ... 370

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007492

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)