Bu gün: 24 Sentyabr 2017, Bazar
ADPU-nun Şamaxı Filialında “Davamlı turizmin təbliği və inkişaf etdirilməsi məqsədilə uşaq və gənclər üçün yay məktəblərinin təşkili” ilə bağlı seminar-treninq keçirilib
ADPU-nun Şamaxı Filialında “Davamlı turizmin təbliği və inkişaf etdirilməsi məqsədilə uşaq və gənclər üçün yay məktəblərinin təşkili” ilə bağlı seminar-treninq keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Məlum olduğu kimi, 2017-ci il “İnkişaf naminə beynəlxalq turizm ili” elan edilib. Bununla əlaqədar olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərovun 30 may 2017-ci il tarixli 3/84 nömrəli əmrinə əsasən “Davamlı turizmin təbliği və inkişaf etdirilməsi məqsədilə uşaq və gənclər üçün yay məktəblərinin təşkili” ilə bağlı iyunun 20-də ADPU-da keçirilən seminar-treninqdə Şamaxı Filialının Humanitar və xüsusi fənlər kafedrasının baş müəllimi Fəxrəddin Məmmədov iştirak edib.

 

Seminar-treninqdə ADPU və onun filiallarında “Davamlı turizmin təbliği və inkişaf etdirilməsi məqsədilə uşaq və gənclər üçün yay məktəblərinin təşkili” ilə bağlı təlim proqramlarının hazırlanmasından, filiallarda da proqrama uyğun seminar-treninqlərin xüsusi təlimçilər tərəfindən təşkili məsələlərindən danışılıb. 

Seminar-treninqdə vurğulanıb ki, “Davamlı turizmin təbliği və inkişaf etdirilməsi məqsədilə uşaq və gənclər üçün yay məktəblərinin təşkili”ndə əsas məqsəd son illər respublikamızda turizmin inkişafı ilə bağlı görülən işləri, turizmin təkçə əyləncə deyil, iqtisadiyyat, biznes fəaliyyəti, sosial-iqtisadi, bir sözlə, hərtərəfli inkişafı şərtləndirən amil olduğunu yay məktəbi dinləyicilərinə aşılamaqdır.

Bu tədbirin davamı olaraq  ADPU-nun Şamaxı Filialında təsdiq edilmiş iş planına əsasən “Davamlı turizmin təbliği və inkişaf etdirilməsi məqsədilə uşaq və gənclər üçün yay məktəblərinin təşkili” ilə bağlı 3 günlük seminar-treninq keçirilib.  Seminar-treninqin birinci hissəsi filial daxilində təşkil edilib. Seminar-treninqə rəhbərlik edən Fəxrəddin Məmmədov ilk olaraq tədbirin məqsədindən, turizmin inkişaf etdirilməsindən, bu sahədə mövcud problemlərin həlli yollarından bəhs edib. Qeyd edib ki, seminar-treninqlərin keçirilməsində məqsəd turizmin dünyanın bir sıra inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da inkişaf etdirilməsinə nail olmaq və respublikamızın turizm ölkəsinə çevrilməsinə dəstək verməkdir. Çünki turizm hərtərəfli inkişafın təminatçısıdır.

Seminar-treninqdə çıxış edənlər bildiriblər ki, müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm qoyan, bazar iqtisadiyyatının tələbləri əsasında inkişaf edən Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirib. Ölkəmizdə bu əlaqələrin bir qolu olan beynəlxalq turizm münasibətlərinin inkişafı istiqamətində də təqdirəlayiq işlər görülüb. Bu sahədə araşdırmalar aparmış tələbələr Azərbaycanın əsas turizm bölgələrindən bəhs edərək Şamaxı rayonunun da relyefinə və təbiətinə görə Azərbaycanın turizm potensialı yüksək olan bölgələrindən biri olmasını xüsusi qeyd ediblər. Əsrarəngiz təbiətə, gözəl flora və faunaya, yüksək mətbəx mədəniyyətinə malik olan bu diyar qədim tarix və mədəniyyət abidələri, sənətkarlıq nümunələri, görkəmli şəxsiyyətləri ilə də məşhurdur.

Sonra seminar-treninq Şamaxının görməli yerlərində, təbiət qoynunda davam etdirilib. İştirakçılar tədbirin təşkilində xüsusi rolu olan ADPU-nun Elm və innovasiyalar şöbəsinin bütün əməkdaşlarına, o cümlədən Dilguşə Süleymanovaya və Almarə Abbasovaya təşəkkür edərək belə tədbirlərin gələcəkdə də təşkil edilməsini arzulayıblar.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

 

1 ... 324 325 326 ... 369

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007595

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)