Bu gün: 24 Sentyabr 2017, Bazar
Filologiya fakültəsində “Davamlı turizmin təbliği və inkişaf etdirilməsi məqsədilə uşaq və gənclər üçün yay məktəblərinin təşkili” təlim proqramı çərçivəsində növbəti seminar-treninq keçirilib
Filologiya fakültəsində “Davamlı turizmin təbliği və inkişaf etdirilməsi məqsədilə uşaq və gənclər üçün yay məktəblərinin təşkili” təlim proqramı çərçivəsində növbəti seminar-treninq keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
İyulun 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının dosenti Yeganə Qəhrəmanova və Elm və innovasiyalar şöbəsinin mütəxəssisi Almarə Abbasovanın təşkilatçılığı ilə “Davamlı turizmin təbliği və inkişaf etdirilməsi məqsədilə uşaq və gənclər üçün yay məktəblərinin təşkili” təlim proqramı çərçivəsində növbəti seminar-treninq keçirilib.

 

Seminar-treninqdə fakültənin müəllim və tələbələri, Xətai rayonunun 245 nömrəli tam orta məktəbinin, Abşeron rayonunun Məmmədli kənd və Xəzər rayonunun Şüvəlan qəsəbəsinin tam orta məktəblərinin müəllim və şagirdləri iştirak ediblər. Seminar-treninqi Elm və innovasiyalar şöbəsinin baş mütəxəssisi Dilguşə Süleymanova aparıb. Seminar-treninqin məqsədi şagird və tələbələri turizmin inkişaf etdirilməsi ilə bağlı maarifləndirmək olmuşdur. Seminar-treninqdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirərək beynəlxalq turizm münasibətlərinin inkişafı istiqamətində də təqdirəlayiq işlər həyata keçirir. Azərbaycanın turizm potensialı yüksək olan bölgələrində son dövrlərdə aparılan təmir və abadliq işləri ölkəmizə gələn xarici turistlər və yerli əhali tərəfindən məmnunluq hissi ilə qarşılanır. Filologiya fakültəsinin Müasir Azərbaycan dili, Azərbaycan dili və onun tədrisi metodikası kafedralarının müəllimləri və fakültənin tələbələrinin “Davamlı inkişaf və beynəlxalq turizm” layihəsi çərçivəsində “Təbiəti sevək və qoruyaq!” şüarı ilə Qax, Şəki və İsmayıllı rayonlarına səyahətləri də bunu əyani subut edib. Xüsusi olaraq qeyd edək ki, seminar-treninqdə ADPU-nun tələbələri ilə yanaşı, şagirdlər də öz fəallıqları və məntiqi təfəkkürləri ilə diqqəti cəlb ediblər. Bu tədbir “Davamlı turizmin təbliği və inkişaf etdirilməsi məqsədilə uşaq və gənclər üçün yay məktəblərinin təşkili” ilə bağlı təlimati işlərin aparılmasının əhəmiyyətinin baris nümunəsi olub. İştirakçılar tədbirin təşkilində xüsusi rolu olan ADPU-nun Elm və innovasiyalar şöbəsinin bütün əməkdaşlarına, həmçinin dosent Yeganə Qəhrəmanovaya və Xətai rayonunun 245 nömrəli tam orta məktəbinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Ləman Quliyevaya təşəkkür edərək belə tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar. İştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib. Daha sonra şagirdlər universitetlə, eləcə də Filologiya fakültəsi ilə tanış olaraq fakültənin dekanı, professor Buludxan Xəlilov və dekan müavinləri, filologiya üzrə elmlər doktoru Məhərrəm Hüseynovla, dosent Pəri Paşayeva ilə xatirə şəkilləri çəkdiriblər.

 

1 ... 325 326 327 ... 369

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.0073040000000001

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)