Bu gün: 19 Sentyabr 2017, Çərşənbə axşamı
ADPU-nun professoru Əbülfət Pələngov “Fasiləsiz təhsil sisteminin modernləşdirilməsi” mövzusunda keçirilən VIII beynəlxalq elmi-praktik konfransda iştirak edib
ADPU-nun professoru Əbülfət Pələngov “Fasiləsiz təhsil sisteminin modernləşdirilməsi” mövzusunda keçirilən VIII beynəlxalq elmi-praktik konfransda iştirak edib
İctimaiyyətlə əlaqələr şöbəsi
İndi ölkəmiz qarşısında duran əsas strateji vəzifə sosial-iqtisadi həyatın daha da modernləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolu ilə davamlı inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsindən ibarətdir. Müasirləşdirmə, ilk növbədə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkəmizin həyatına uğurlu tətbiqi ilə bağlıdır.

 

Bu sahədə prioritet istiqamət  dünyaya inteqrasiyanın sürətləndirilməsi, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsidir. Bunun üçün də qabaqcıl dünya təcrübəsini öyrənmək, müxtəlif ölkələrdə yaşayan həmkarlarla fikir mübadiləsi aparmaq çox önəmlidir. Qeyd etdiyimiz bu vəzifələrin həyata keçirilməsi öz növbəsində beynəlxalq konfransların təşkilinə zərurət yaradır. Elə bu zərurət də iyunun 30-dan iyulun 2-dək Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin Dərbənd Filialının, Moskva Dövlət Pedaqoji Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə əməkdaşlığı ilə Dərbənd şəhərində “Fasiləsiz təhsil sisteminin modernləşdirilməsi” mövzusunda VIII beynəlxalq elmi-praktik konfransın keçirilməsinə əsas verdi.

Qeyd edək ki, konfransın təşkilatçıları sırasında Rusiyanın qabaqcıl ali təhsil müəssisələrindən biri olan Moskva Dövlət Pedaqoji Universiteti ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universiteti də olmuşdur. Riyaziyyat və informatika fakültəsinin Hesablama riyaziyyatı və informatika kafedrasının professoru Əbülfət Pələngov universitetin rektoru, professor Cəfər Cəfərovun təbrikini konfrans iştirakçılarının diqqətinə çatdırmış, maraqlı məruzə ilə çıxış etmişdir.

Konfransda müasir təhsilin müxtəlif məsələlərinə həsr olunmuş maraqlı məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılmışdır. Konfrans iştirakçılarının yaş və  milli tərkibi də müxtəlif olmuşdur. Belə ki, konfransda elmdə öz sözlərini demiş görkəmli alimlərlə yanaşı, ilk addımlarını atan gənclərin də məruzələri maraqla qarşılanmışdır.

Konfransda 4 istiqamətdə məruzələr dinlənilmişdir:

1.Təhsilə kompetent yanaşmada innovativ texnologiyalardan istifadə;

2.Ümumi və professional təhsildə İKT vasitələri;

3.Təhsil prosesində təlim məqsədli elektron nəşrlər və multimedia texnologiyaları;

4.Mütəxəssislərin hazırlanmasında distant təhsil texnologiyaları və elektron təlim.

 

Konfrans gözəl, işgüzar şəraitdə keçmiş, Moskvadan, Novosibirskdən, Stavropoldan, Bakıdan  və digər yerlərdən gəlmiş qonaqları Dərbənd xüsusi coşqu və sevgi ilə qarşılamışdır. Konfransdan sonra qonaqlara şəhərlə tanış olmaq və Dağıstan təbiətinin füsunkar gözəllikləri ilə təmasda olmaq imkanı da yaradılmışdır.

 

1 ... 328 329 330 ... 360

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.974538

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)