Bu gün: 16 Avqust 2017, Çərşənbə
ADPU-nun Elmi Şurasının iclası keçirilib
ADPU-nun Elmi Şurasının iclası keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
İyulun 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov bildirib ki, iclasın gündəliyinə kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin nəticələri, yay semestrinin təşkili, Filologiya fakültəsinin fəaliyyəti haqqında və cari məsələlər daxildir.

 

İnsan resurları şöbəsinin müdiri, hüquq elmləri namizədi, dosent Avtandil Bayramov kafedralarda tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin gedişi və nəticələri haqqında məlumat verib. Dosent Avtandil Bayramov bildirib ki, ADPU-da təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir standartlara uyğunlaşdırılması üçün növbəti tədris ilindən etibarən müəllimlərin işə qəbulu yeni prosedurla həyata keçirilir. Bu məqsədlə ADPU-nun Elmi Şurasının 11 iyul 2016-cı il tarixli qərarı ilə “Azərbaycan Dövlət Pedaqoji Universitetində professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları”  təsdiq olunmuşdur. Universitetdə tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları öncədən universitetin  rəsmi saytı olan adpu.edu.az saytında yerləşdirilmiş, eyni zamanda bu barədə sosial şəbəkələrdə geniş məlumatlar paylaşılmışdır. Müsabiqənin keçirilməsi  barədə “Xalq qəzeti”nin və “Azərbaycan müəllimi”qəzetinin 4 mart 2017-ci il tarixli saylarında müvafiq elanlar dərc edilmişdir. Alternativ əsaslarla keçirilən müsabiqənin məqsədi universitetdə tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, şəffaf və obyektiv təhsil mühitinin yaradılması, sağlam rəqabətin formalaşdırılması, dərin elmi biliyə, kreativ düşüncəyə, zəngin erudisiyaya, ətraflı dünyagörüşünə, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik rəqabətqabiliyyətli mütəxəssisləri işə cəlb etməkdir. Müsabiqə zamanı professor-müəllim heyətinin bilik və peşəkarlıq səviyyəsi yoxlanılmışdır.

Dosent Avtandil Bayramov qeyd edib ki, tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün 8 fakültədə, 39 kafedrada 87 fənn üzrə 114 yer müsabiqəyə çıxarılmışdı. Sənəd qəbulu zamanı 114 yerə 500 nəfərin sənədi qəbul edilmişdi. Onların 350 nəfəri universitet əməkdaşları, 150 nəfəri isə digər ali təhsil müəssisələrində və ümumtəhsil məktəblərində işləyən elm və təhsil mütəxəssisləridir. Müsabiqədə iştirak edənlərdən 230 nəfəri, yəni 46%-i elmi dərəcəlidir. Aprelin 20-dən başlayaraq müsabiqənin keçirilmə qaydalarına və şərtlərinə uyğun olaraq  müsabiqədə iştirak edən müəllimlər universitetin Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin nəzarəti ilə açıq dərslər keçmişdilər. Müsabiqənin şəffaflığını və obyektivliyini təmin etmək məqsədilə açıq dərslər videoçəkilişlər keçirilərək təşkil edilmişdir. Keçirilmiş açıq dərslər fakültə Tədris-Metodiki Şuraları tərəfindən qiymətləndirilmişdir. Müsabiqə ilə bağlı müxtəlif çap və elektron kütləvi informasiya vasitələrində geniş məlumatlar dərc edilmişdir.  Yeri gəlmişkən, universitetdə insan resurslarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən yeniliklərə ölkəmizin tanınmış və nüfuzlu təhsil ekspertləri də münasibət bildirmişlər. Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Azərbaycan Respublikasının Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, fəlsəfə doktoru Etibar Əliyev ADPU-da çalışmaq istəyən professor-müəllim heyətinin müsabiqə yolu ilə seçilməsini yüksək qiymətləndirərək bu addımın təhsilin keyfiyyətinin yüksəldilməsinə  xidmət etdiyini vurğulamışlar.

Dosent Avtandil Bayramov çıxışına davam edərək bildirib ki,  müsabiqənin yekunlarına əsasən müsabiqəyə çıxarılan 114 yerdən 112-də müsabiqə baş tutmuşdur. 2 yer üzrə - Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin Korreksiyaedici təlim kaferdrasında “Görmə və eşitmə funksiyalarının psixologiyası” fənni və Ümumi psixologiya kafedrasında “Psixologiyanın əsasları və psixoanaliz” fənni üzrə müsabiqə baş tutmamışdır. Müsabiqənin nəticələrinə əsasən qalib gələn 112 nəfərdən 12 nəfəri professor, 45 nəfəri dosent, 44 nəfəri baş müəllim, 11 nəfəri müəllimdir. Qalib gələnlərin 90%-i, yəni 100 nəfəri ADPU-nun əməkdaşları, 10%-i, yəni 12 nəfəri isə kənardan müsabiqədə iştirak edənlərdəndir. 

Müsabiqənin nəticələrinə əsasən Filologiya fakültəsində 8 kafedrada, 16 fənn üzrə 21 nəfər qalib olmuşdur.  Onlardan 2 nəfər professor, 11 nəfər baş müəllim, 7 nəfər dosent, 1 nəfər müəllimdir.   Qaliblərin 2-si elmlər doktoru, 10-u fəlsəfə doktorudur. Riyaziyyat və informatika fakültəsində 4 kafedrada, 8 fənn üzrə 10 nəfər qalib gəlmişdir. Onlardan 2 nəfər professor, 4 nəfər dosent, 4 nəfər baş müəllimdir. Qaliblərin 2-si elmlər doktoru, 6-sı  fəlsəfə doktorudur. Fizika və texnologiya fakültəsində 3 kafedrada, 8 fənn üzrə 9  nəfər qalib olmuşdur. Onlardan 3 nəfər professor, 3 nəfər dosent, 3  nəfər baş müəllimdir.
Qaliblərin 3-ü elmlər doktoru, 2-si fəlsəfə doktorudur. Kimya və biologiya fakültəsində 8 kafedrada, 16 fənn üzrə 20 nəfər qalib olmuşdur. Onlardan 2 nəfər professor, 8 nəfər dosent, 6 nəfər  baş müəllim, 4 nəfər müəllimdir. Qaliblərin 1-i elmlər doktoru, 11-i fəlsəfə doktorudur.  Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsində 3 kafedrada, 12 fənn üzrə 16 nəfər qalib olmuşdur. Onlardan 1 nəfər professor, 8 nəfər dosent, 7 nəfər baş müəllimdir. Qaliblərin 1-i elmlər doktoru, 8-si fəlsəfə doktorudur. Tarix və coğrafiya fakültəsində 7 kafedrada, 11 fənn üzrə 18 nəfər qalib olmuşdur. Onlardan 2 nəfər professor, 9 nəfər dosent, 6 nəfər baş müəllim, 1 nəfər müəllimdir. Qaliblərin 2-si elmlər doktoru, 14-ü fəlsəfə doktorudur. İbtidai təhsil fakültəsində 2 kafedrada, 5 fənn üzrə 5 nəfər qalib olmuşdur. Onlardan  2 nəfəri dosent, 3 nəfəri baş müəllimdir.  Qaliblərin 4-ü fəlsəfə doktorudur. Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində 4 kafedrada, 11 fənn üzrə 15 yer ayrılsa da, 13 nəfər qalib olmuşdur. Bu fakültədə 2 yer üzrə-  Korreksiyaedici təlim kaferdrasında “Görmə və eşitmə funksiyalarının psixologiyası” fənni və Ümumi psixologiya kafedrasında “Psixologiyanın əsasları və psixoanaliz” fənni üzrə müsabiqə baş tutmamışdır. Qaliblərdən 4 nəfər dosent, 4 nəfər baş müəllim, 5 nəfəri müəllimdir.  Qaliblərin 7-si fəlsəfə doktorudur.

Elmi Şura üzvləri dosent Avtandil Bayramovun müsabiqənin nəticələri haqqında məruzəsini müsbət  qiymətləndirərək yekdilliklə qəbul ediblər.

Müsabiqədə qalib gələn 112 nəfər müəllimlə müvafiq fənləri tədris etmələri üçün 5 tədris ili müddətinə əmək müqaviləsi imzalanıb və onlara 5 illik sertifikatlar təqdim edilib.

Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov çıxış edərək müsabiqənin keçirilməsini yüksək qiymətləndirib, qaliblərə müqəddəs və şərəfli müəllimlik fəaliyyətlərində uğurlar arzulayıb.

Müsabiqədən uğurla keçən Fizika və texnologiya fakültəsinin professoru Edil Eyvazov, Tarix və coğrafiya fakültəsinin professoru Xəqani Məmmədov, İbtidai təhsil fakültəsinin dosenti Rasim Şükürov, Filologiya fakültəsinin baş müəllimi Təranə Nağıyeva, Riyaziyyat və informatika fakültəsinin baş müəllimi Solmaz Həsənova,  Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin baş müəllimi Natiq Əliyev, Kimya və biologiya fakültəsinin müəllimi Sevinc Mehdiyeva, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin baş müəllimi Pərişan Həsənova müsabiqənin şəffaf və obyektiv keçdiyini bildirərək bütün namizədlərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün yaradılan şəraitə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov qeyd edib ki, müsabiqə ölkədə həyata keçirilən təhsil islahatları çərçivəsində gerçəkləşib və ali təhsil sisteminin modernləşməsinə xidmət edir. Müasir dövr həyatımızın bütün sahələrinə, o cümlədən müəllim hazırlığına yeni yanaşmalar tələb edir. Sağlam və ədalətli rəqabət inkişafın əsas şərtidir. Biz ölkə rəhbərliyinin, Təhsil Nazirliyinin  qarşımıza qoyduğu vəzifələri həyata keçirmək üçün əzmlə çalışırıq. Universitetdə  təhsilin məzmununun yenilənməsi sahəsində də ciddi işlər görülür və bu işlərin davamlı olması nəzərdə tutulur. Rektor müsabiqənin qaliblərini təbrik edərək onlara tədris və elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev yay semestrinin təşkili barədə məlumat verib. Bildirib ki, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 257 №-li qərarının icrasının təmin edilməsi barədə Təhsil nazirinin 19 iyun 2017-ci il tarixli 133 №-li əmrinə müvafiq olarq ADPU-da bütün zəriri tərbirlər həyata keçirilmiş və Nazirlər Kabinetinin qeyd olunan qərarından irəli gələn işlərin görülməsi təmin edilmişdir.
Bu məqsədlə də qeyd olunan qərarın 3.2.14. bəndində göstərildiyi kimi “cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddət ərzində həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. Tələbə hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər”. Universitetdə tələbələrin bu hüquqlarının istifadəsi təmin edilmiş və könüllülük prinsipinə uyğun olaraq onların öz ərizələri və təhsil aldıqları fakültənin dekanının təqdimatı əsasında müraciət edən tələbələr üçün təkrar imtahanlar keçirilmişdir. Nəticədə tələbələrin akademik borcları olan fənlərdən əvvəllər yay semestrində ləğv edilməsini nəzərdə tutduqları fənlər üzrə təkrar imtahan vermə hüquqlarından istifadə etmələri bir çox tələbənin bir və ya iki fəndən akademik borclarını ləğv etmələrinə geniş imkan yaratmışdır. Bu da öz növbəsində yay semestrində təşkil olunması arzu və ya ehtimal olunan fənlərin və buna müvafiq olaraq da qrupların sayında ciddi azalmaya səbəb olmuşdur.
Bu səbəbdən də hazırda universitetdə akademik borcların ləğvi məqsədilə yay semestrinin təşkili üçün müraciətlərin sayının kəskin azalması baş vermişdir. Hazırda edilən müraciətlərin böyük əksəriyyəti fənn üzrə qrup yaratmağa maiyyə cəhətdən imkan vermir. Belə ki, müraciətlərin bir çoxu fənn üzrə bir nəfərdən ibarət qrupların yaradılmasından ibarətdir ki, bu da qeyd olunduğu kimi, maliyyə cəhətdən məqsədəmüvafiq deyil. Yay semestrinin təşkili məqsədilə edilən müraciətlər aşağıdakı kimidir:

Magistratura səviyyəsində 2 qrup;

Riyaziyyat və informatika fakültəsi üzrə 6 qrup;

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsi üzrə 10 qrup.

Ümumilikdə isə universitetdə təqribən 18 qrupun formalaşdırılması mümkün ola biləcəkdir ki, bu qruplarda da təqribən 200 nəfərdən çox tələbənin iştirak edəcəyi gözlənilir.

İclasda dosent Sənan Əliyev həmçinin tədris-yardımçı heyətin, elmi işçilərin dərs yükü ilə təmin olunmaları barədə qərarı Elmi Şura üzvlərinin diqqətinə çatdırıb. Qərarda tədris-yardımçı heyətin, elmi işçilərin bilik və peşəkarlıq səviyyəsinin yaxşılaşdırılması və universitetin gələcəkdə yüksəkixtisaslı pedaqoji kadrlara təmin olunması məqsədilə onların  dərs yükü ilə təmin edilmələri və tədrisə cəlb olunmaları öz əksini tapıb. Qərarda tədris-yardımçı heyətin tərkibindən pedaqoji kadrların qarşısında qoyulan müasir tələblərə uyğun gələn şəxslərin müəyyən edilməsi və onların dərs yükü ilə təmin olunmaları kafedra müdirlərinə həvalə edilib, habelə 2017-2018-ci tədris ilində keçiriləcək müsabiqənin keyfiyyətini yüksəltmək məqsədilə dekanlara və kafedra müdirlərinə fakültələrin tədris-metodika şuralarının tərkibini nəzərdən keçirmələri tapşırılıb, respublikamızın digər elm və ali təhsil müəssisələrindən ixtisaslara uyğun gələn mütəxəssislərin dəvət  olunması tövsiyə edilib.

Elmi Şura dosent Sənan Əliyevin hər iki hesabatını qəbul edib.

Filologiya  fakültəsinin fəaliyyəti haqqında fakültənin dekanı, professor Buludxan Xəlilov məlumat verib. Professor Buludxan Xəlilov bildirib ki, ADPU-nun müəllim-tələbə heyəti və tədris strukturu baxımından böyük fakültələrindən biri Filologiya fakültəsidir. Fakültədə 187 nəfər müəllim çalışır. 8 kafedra-Müasir Azərbaycan dili, Azərbaycan dilçiliyi, Azərbaycan dili və onun tədrisi metodikası, Azərbaycan və dünya ədəbiyyatı, Ədəbiyyat və onun tədrisi metodikası, İngilis dili, İngilis dili və onun tədrisi metodikası, Xarici dillər və onların tədrisi metodikası kafedraları fəaliyyət göstərir. Əyani şöbədə 1193 nəfər tələbə, qiyabi şöbədə 94 nəfər tələbə, ümumilikdə 1287 nəfər tələbə təhsil alır. Fakültə 2016-2017-ci tədris ilində də elmi fəaliyyətində  bir çox uğurlar qazanıb. Belə ki, açıq dərslər, dəyirmi masa və seminarlar, müxtəlif layihələr, o cümlədən Təhsil Nazirliyinin “Açıq qapı günü” layihəsi çərçivəsində fakültəyə ümumi təhsil məktəblərindən və liseylərdən dəvət olunmuş müəllimlərin ustad dərsləri keçirilib, həmçinin fakültə müəllimlərinin xarici ölkələrdə elmi ezamiyyətdə olarkən əldə etdikləri təcrübə və qazandıqları uğurlarının müzakirələri, fakültənin geniş tərkibdə elmi şuraları, ümumi təhsil məktəblərində şagirdlərlə görüşlər, fakültənin dəvəti ilə tanınmış şairlər, yazıçılar, alimlərlə görüşlər, bayram tədbirləri və elmi-praktik konfranslar təşkil olunub. Fakültənin müəllimlərinin çoxlu sayda dərslik, dərs və metodik vəsaitləri, monoqrafiyaları, məqalələri, tezisləri, habelə 12 əməkdaşın impakt-faktorlu jurnallarda məqalələri çap olunub, respublika və beynəlxalq miqyaslı elmi konfranslarda fəal iştirak ediblər, İELTS sertifikatı alanlar var. Fakültənin tələbələri universitet və ölkə miqyasında keçirilən ictimai-mədəni tədbirlərdə fəal iştirak edərək universiteti layiqincə təmsil ediblər. Çıxışının sonunda professor Buludxan Xəlilov fakültənin elmi-pedaqoji fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərlə çıxış edib.  

Elmi Şura professor Buludxan Xəlilovun hesabatını qəbul edib.

İclasda rektor Cəfər Cəfərov Avstriyanın paytaxtı Vyana şəhərinə xidməti ezamiyyəti haqqında məlumat verərək bildirib ki, 5-8 iyul 2017-ci il tarixində Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (UPBA) Vyana konfransında iştirak edib. Universitet Prezidentləri Beynəlxalq Assosiasiyası 1965-ci ildə Birləşmiş Millətlər Təşkilatının yanında yaradılıb. Dünyanın 200-dən çox qabaqcıl və nüfuzlu universiteti bu Assosiasiyanın üzvüdür. Assosiasiyanın əsas mərkəzləri ABŞ-ın Nyu-York şəhərində və Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşir. Tədbirdə Avropa, Amerika, Asiya və Afrikadan 210 universitet rektoru iştirak edib. Tədbirdə təşkilatın yeni rəhbərliyi müəyyən olunub. Bundan sonrakı 3 illik dövrdə UPBA-nın sədrliyi Gürcüstanın Qafqaz Universitetinin rektoru Kaxa Şengeliya, baş katibliyi Yuxarı Avstriya Tətbiqi Elmlər Universitetinin rektoru Gerald Rayzinger tərəfindən həyata keçiriləcək. 2018-ci ilin yazında qurum çərçivəsində Bakıda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. Bu səfər beynəlxalq əlaqələrin qurulması və təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İclasda Ümumi şöbənin Əsasnaməsi təsdiq edilib, həmçinin “Ali məktəb müəllimlərinin I Forumunun materialları”nın çap edilməsi qərara alınıb. Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq və Fizika və texnologiya fakültələrinin tədris planlarında dəyişikliklərin aparılması ilə bağlı fakültələrdən daxil olan təqdimatlar müzakirə edilib. Elmi Şura hər iki fakültənin təqdimatı barədə  müsbət qərar qəbul edib. 

Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Axundov fəlsəfə doktoru proqramı və elmlər doktoru proqramı üzrə dissertasiya mövzularının təsdiqi və dəyişdirilməsi haqqında məlumat verib. Elmi Şura bu  barədə də müsbət rəy verib.

Elmi Şuranın iclasında struktur islahatları barədə də məsələ müzakirə edilib. Belə ki, ADPU-nun İnkişaf Strategiyasına uyğun olaraq tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə Kimya və biologiya fakültəsinin İnsan və heyvan fiziologiyası və Mülki müdafiə və tibbi biliklərin əsasları kafedralarının bazasında İnsan və heyvan fiziologiyası, mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının yaradılması, Botanika, Zoologiya və Biologiyanın tədrisi metodikası kafedralarının bazasında Biologiya və onun tədrisi metodikası kafedrasının yaradılması, Üzvi kimya və kimya texnologiyası və Analitik və fiziki kimya kafedralarının bazasında  Üzvi və analitik kimya kafedrasının yaradılması, Ümumi kimya və kimyanın tədrisi metodikası kafedrasının isə  fəaliyyətini davam etdirməsi barədə qərar qəbul edilib. İclasda universitetdə Sağlam Təhsilin Pedaqogikası Mərkəzinin yaradılması barədə də qərar verilib.

İclasda digər cari məsələlər də müzakirə edilib və  müvafiq qərarlar qəbul olunub.

Sonda rektor Cəfər Cəfərov iclasda qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün Elmi Şura üzvlərinə  öz tapşırıq və tövsiyələrini verib.

 

1 ... 332 333 334 ... 341

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.008295

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)