Bu gün: 17 Oktyabr 2017, Çərşənbə axşamı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun 22 İyul-Milli Mətbuat Günü münasibətilə təbriki
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun 22 İyul-Milli Mətbuat Günü münasibətilə təbriki
İctimaiyyətlə əlaqələr şöbəsi
Hörmətli media nümayəndələri, Hamınızı 22 İyul-Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir, cansağlığı, çətin və məsuliyyətli, eyni zamanda müqəddəs və şərəfli peşə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram!

 

Mətbuatın cəmiyyətin güzgüsü olması hamımıza yaxşı məlumdur. Media cəmiyyətin məlumatlandırılması, maaarifləndirilməsi baxımından mühüm rol oynayır. Siyasi-ideoloji fəaliyyət sahəsi olan media cəmiyyətdə ictimai rəyi formalaşdırır, ictimai nəzarət funksiyasını həyata keçirir. 142 il öncə xalqımızın böyük oğlu, görkəmli mütəfəkkiri Həsən bəy Zərdabinin Qafqazın ilk müsəlman- türk qəzeti olan “Əkinçi” qəzeti ilə əsasını qoyduğu və sonralar digər vətənpərvər ziyalılarımızın inkişaf etdirdikləri Azərbaycan milli mətbuatı doğma ana dilimizin ədəbi dil kimi təkmilləşməsində, intellektual potensialımızın formalaşmasında, zəngin mədəni irsimizin, yüksək milli-mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin qorunub-saxlanılmasında və təbliğ edilməsində misilsiz xidmətlər göstərmişdir. Müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, senzura ləğv olunmuş, Azərbaycan Mətbuat Şurası yaradılmışdır. Bu gün milli mətbuatımız Azərbaycanda və dünyada baş verən ictimai-siyasi hadisələrin cəmiyyətimizə obyektiv çatdırılmasında, xalqımızın maarifləndirilməsində, ictimai rəyin düzgün formalaşmasında, dövlətçiliyimizin qorunmasında mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mediaya yüksək diqqət və qayğısı sayəsində bu sahənin maddi–texniki bazası gücləndirilmiş, jurnalistər üçün əlverişli yaradıcılıq mühiti formalışdırılmış, onların peşəkarlıq səviyyəsi xeyli yüksəlmişdir. “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, Azərbaycan Mətbuat Şurasının müasir tələblərə cavab verən yeni inzibati binasının istifadəyə verilməsi, jurnalistlərin sosial və mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kütləvi informasiya vasitələrinə dövlət tərəfindən maddi-texniki dəstəyin göstərilməsi, jurnalistlər üçün yaşayış binalarının inşa edilməsi, mütəmadi olaraq qəzetlərə birdəfəlik maliyyə yardımlarının ayrılması və digər tədbirlər mediamızın hərtərəfli inkişafına əlverişli şərait yaradır. Eyni zamanda peşəkarlığı, obyektivliyi, xalqa, dövlətə vicdanlı xidmətləri ilə seçilən qələm sahiblərinin fəxri adlara və digər yüksək dövlət mükafatlarına layiq görülmələri üçün ardıcıl addımlar atılır. Əminliklə deyə bilərik ki, Azərbaycanda demokratik cəmiyyətin vacib amilləri olan siyasi plüralizm, ifadə azadlığı tam təmin olunmuşdur. Mediamız da öz növbəsində qloballaşan dünyamızın yeni çağırışlarına uyğun şəkildə fəaliyyət göstərməyə çalışır. İnanıram ki, yeni inkişaf dövrünü yaşayan mediamızın rəhbərlik etdiyim Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlığı bundan sonra daha da genişlənəcək və keyfiyyətcə yeni məzmun kəsb edəcəkdir. Sizi bir daha 22 İyul-Milli Mətbuat Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, böyük uğurlar arzulayıram!

 

1 ... 334 335 336 ... 401

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.011952

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)