Bu gün: 12 Dekabr 2017, Çərşənbə axşamı
İbtidai təhsil fakültəsinin əməkdaşları “Davamlı turizm təbliği və inkişaf etdirilməsi məqsədilə uşaq və gənclər üçün yay məktəbinin təşkili” ilə bağlı Şamaxıda olublar
İbtidai təhsil fakültəsinin əməkdaşları “Davamlı turizm təbliği və inkişaf etdirilməsi məqsədilə uşaq və gənclər üçün yay məktəbinin təşkili” ilə bağlı Şamaxıda olublar
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbə sayına görə seçilən böyük fakültələrindən biri də İbtidai təhsil fakültəsidir. Bu fakültədə 1400-dən artıq tələbənin təhsil-tərbiyəsi ilə 100 nəfərdən çox professor-müəllim məşğul olur. Fakültədə tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, tələbə-müəllim əməkdaşlığının genişləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində silsilə tədbirlər həyata keçirilir.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərovun müəyyənləşdirdiyi inkişaf proqramı fakültədə təhsil-tərbiyə prosesinin yeni məzmunda qurulmasına stimul vermiş, nəzərəçarpacaq dərəcədə keyfiyyət dəyişikliyi baş vermişdir. Fakültədə tədris prosesinin düzgün və səmərəli təşkili ilə yanaşı, həm tələbələrin, həm də müəllimlərin asudə vaxtlarının düzgün təşkilinə ciddi diqqət yetirilir. Tələbər arasında müxtəlif intellektual yarışlar keçirilir, Bakının tarixi məkanlarına, muzeylərə səyahətlər təşkil edilir, tələbələrlə tanınmış alimlərin və yazarların görüşləri keçirilir. Rektor Cəfər Cəfərovun 30 may 2017-ci ildə “Davamlı turizm təbliği və inkişaf etdirilməsi məqsədilə uşaq və gənclər üçün yay məktəbinin təşkili” ilə bağlı imzaladığı müvafiq əmrin icrası üçün fakültədə silsilə tədbirlər keçirilir. Belə ki, fakültə tələbələrin iştirakı ilə təlim proqramı çərçivəsində iyulun 12-də Elm və innovasiyalar şöbəsinin mütəxəssisi Vəfa Əhmədovanın təşkilatçılığı ilə “Davamlı turizmin təbliği və inkişaf etdirilməsi məqsədilə uşaq və gənclər üçün yay məktəblərinin təşkili” təlim proqramının həyata keçirilməsi istiqamətində növbəti seminar-treninq keçirilib. Qeyd edək ki, fakültə əməkdaşlarının bir qrupu ailə üzvləri ilə birlikdə Şamaxıda olmuş, rayonun tarixi yerlərini gəzmiş, təbiət qoynunda istirahət etmişlər. Onlarla söhbət zamanı respublikamızda turizmin inkişafı ilə bağlı görülən dövlət səviyyəli tədbirlərdən danışılmış, sosial-iqtisadi inkişafın və biznez fəaliyyətinin düzgün təşkilində turizmin rolu yay məktəbi dinləyicilərinin nəzərinə çatdırılmışdır. Əsasən dekanlığın və İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının əməkdaşlarının iştirak etdikləri tədbir yaddaqalan hadisələrlə zəngin olmuş, iştirakçılarda xoş təəssürat oyatmışdır. Belə tədbirlər əməkdaşlarda turizmin əhəmiyyəti ilə bağlı tam təəssürat yaratmaqla yanaşı, onları daha yaxşı işləməyə ruhlandırır.

 

1 ... 335 336 337 ... 595

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.010067

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)