Bu gün: 17 Oktyabr 2017, Çərşənbə axşamı
Filologiya fakültəsinin əməkdaşları “Davamlı turizmin təbliği və inkişaf etdirilməsi məqsədilə uşaq və gənclər üçün yay məktəbinin təşkili” ilə bağlı AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olublar
Filologiya fakültəsinin əməkdaşları “Davamlı turizmin təbliği və inkişaf etdirilməsi məqsədilə uşaq və gənclər üçün yay məktəbinin təşkili” ilə bağlı AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olublar
İctimaiyyətlə əlaqələr şöbəsi
İyulun 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Həcər Hüseynovanın, Elm və innovasiyalar şöbəsinin mütəxəssisi Almarə Abbasovanın və Həmkarlar İttifaqı Komitəsinin fakültə təşkilatının sədri, dosent Yeganə Qəhrəmanovanın təşkilatçılığı ilə “Davamlı turizmin təbliği və inkişaf etdirilməsi məqsədilə uşaq və gənclər üçün yay məktəblərinin təşkili” təlim proqramının həyata keçirilməsi istiqamətində ADPU-nun rektoru, professor Cəfər Cəfərovun 30 may 2017-ci il tarixli 3/84 nömrəli əmrinə əsasən Filologiya fakültəsində silsilə tədbirlərdən biri keçirildi.

 

Belə ki, Filologiya fakültəsinin rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsinin, eləcə də fakültə əməkdaşlarının iştirakı ilə təlim proqramı çərçivəsində Azərbaycanın əsas turizm bölgələrindən biri, dünyanın ən böyük rəsədxanalarından olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olmuşlar. Tədbir zamanı müasir dövrün prioritet problemləri ilə uzlaşdırılmış elmi proqram əsasında fəaliyyət göstərən rəsədxanada səma cisimlərinin dinamikası və fizikası, göy cisimlərində baş verən qeyri-stasionar proseslərin və onların təbiətinin tədqiqi haqqında maraqlı məlumatlar dinləyicilərinin nəzərinə çatdırılmışdır. Günəş atmosferində fəal qurumların dinamika və fizikası, Günəş-Yer əlaqələri, planet atmosferlərinin və onların peyklərinin tədqiqi, komet, asteroid, Günəş sistemi cisimlərinin hərəkəti, onların quruluşu, fizikası və təkamülü haqqında astronomiyanın tarixi, nəzəri tədqiqatlar və onların müxtəlif kosmik hava amillərindən (Günəş fəallığı, maqnit fırtınaları və s.) asılılığı və s. problemlər üzrə tədqiqatlardan söz açılmışdir. Daha sonra turizmin əhəmiyyətindən və gələcəkdə belə tədbirlərin davamlı olmasının zəruriliyi qeyd edilmiş, tədbir iştirakçıları təbiət qoynunda istirahət etmişlər.

 

1 ... 336 337 338 ... 401

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.026005

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)