Bu gün: 12 Dekabr 2017, Çərşənbə axşamı
ADPU və onun baza məktəbi olan Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin birgə layihəsi
ADPU və onun baza məktəbi olan Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbin birgə layihəsi
Xəyalə Qubadova, Filologiya fakültəsinin II tədris ili tələbəsi
Yenicə başa çatmış 2016-2017-ci tədris ilində Azərbaycan Dövlət Pedaqoji Univesiteti (ADPU) və onun baza məktəbi olan Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb arasında əməkdaşlıq yaradılmış, bir sıra uğurlu layihələr həyata keçirilmişdir. Mən bu yazıda həmin layihələrdən biri haqqında danışmaq istəyirəm.

 

2016-2017-ci tədris ilində Kimya və biologiya fakültəsinin “Kimya müəllimliyi” ixtisasının 202-ci qrupunda “Pedaqogika” fənnindən  mühazirə və məşğələlər  Ümumi pedaqogika kafedrasının dosenti  Ənvər İmanov  tərəfindən  tədris olunmuşdur. Onun tədris etdiyi fənn sillabusuna və təqvim planına uyğun olaraq  5 mövzu üzrə laborator dərslərin ADPU-nun baza məktəbi olan Məmməd Rahim adına  7 nömrəli tam orta məktəbdə keçirilməsi  nəzərdə tutulmuşdu. Məktəb rəhbərliyi ilə görüş keçirilmiş, layihə tərtib olunmuş  və həyata keçirilmişdir. Sözügedən  laborator dərslər  5 mövzu üzrə və hər biri 2 saat müddətində olmaqla  aprel ayı ərzində keçirilmişdir.

Aprelin 5-də  keçirilən  laborator dərs  məktəbin tədris binası, tədrisin təşkili imkanları ilə tanışlıq, alınan təəssüratlar və çıxarılan nəticələrin təhlili üçün nəzərdə tutulmuşdu. Aprelin 7-də  keçirilən  laborator dərsdə  məktəbdə tərbiyə işinin təşkili imkanları araşdırılmış və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ağasəlim Əhmədovun iştirakı ilə tərbiyənin mahiyyəti və prinsipləri, tərbiyənin metodları və texnologiyaları müzakirə  edilmişdir. Aprelin 14-də  keçirilən  laborator dərsdə  məktəbin V-IX və X-XI siniflərinin tərbiyə  üzrə iş planlarının təhlili əsasında  məktəbin rəhbərliyi ilə müzakirələr aparılmışdır. Aprelin 19-da məktəbin ailə və ictimaiyyətlə birgə  işinin istiqamətləri ilə tanışlıqdan sonra məktəbdə idarəetmənin müasir aspektləri təhlil olunmuşdur. Aprelin 21-də keçirilmiş son laborator dərsdə  isə məktəbdaxili  nəzarətin yeni  forma və metodları, məktəb üzrə tədris və inzibati sənədlərin aparılması üzrə diskussiya keçirilmişdir. Eyni zamanda məktəb rəhbərliyi ilə birgə “Məktəbdaxili nəzarət,  onun forma və metodları”, “Məktəb sənədlərinin aparılması və saxlanılması” mövzularında seminar-müzakirələr keçirilmişdir. Beləliklə, bu tədbirlərdə “Kimya müəllimliyi” ixtisası üzrə 202-ci qrupda “Pedaqogika” fənnindən 5 mövzu  üzrə laborator dərslər  məktəbdə uğurla həyata keçirilmişdir.

Məktəbin direktoru Könül Həsənova:

 “Bu günlər ərzində məktəblə tanışlıq, qarşıya qoyulan vəzifələr, sənədlərə baxış, məktəb sənədləri və  onların tərtib edilməsi, saxlanılması qaydaları ilə əyani tanışlıq və digər məsələlər  haqqında müzakirələr tələbələri razı salmışdır. Biz çox istərdik ki, bu əməkdaşlıq əlaqələri gələcəkdə  daha da genişlənsin ”.

Məktəbim təlim-tərbiyə işləri üzrə direktor müavini Ağasəlim Əhmədovun birgə əməkdaşlıq haqqında fikirləri belədir:

 “Biz bu  əməkdaşlığı yüksək qiymətləndirir və belə tədbirlərin  gələcəkdə də keçirilməsini arzulayırıq”.

Layihədə məktəbin bir çox müəllimləri, o cümlədən  Azərbaycan bölməsi üzrə  kimya  müəllimlərindən Rəhilə Süleymanova, Zemfira Hüseynova, Şəfiqə Cəfərova, rus bölməsi üzrə kimya və biologiya müəllimləri İlhamə İsmayılova, Sofiyaxanım Qasımova, Elza Abdullayeva, Mehriban Əsədova, İradə İmanova fəallıqları ilə diqqəti cəlb etmişlər.  Qeyd edək ki, “Pedaqogika” fənnindən keçirilən laborator dərslərdən sonra tələbə-gənclərimizin məktəblə əlaqələri tədris ilinin sonunadək davam etmişdir. Belə ki, onlar məktəbdə keçirilən bir sıra ictimai-mədəni tədbirlərdə, o cümlədən Məmməd Rahimin 110 illik yubileyinə həsr olunmuş tədbirdə və Məzun günündə müəllim və şagirdlərlə birgə iştirak emişlər.

Sonda isə ADPU-nun rektoru, professor Cəfər Cəfərova layihənin gerçəkləşməsinə verdiyi dəstəyə görə minnətdarlığımızı bildirir, məktəbin kollektivinə uğurlar arzulayır və layihədə əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk.

 

1 ... 337 338 339 ... 595

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.022442

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)