Bu gün: 26 Sentyabr 2017, Çərşənbə axşamı
ADPU-da fakültə dekanlarının və kafedra müdirlərinin müsabiqəsi keçirilir
ADPU-da fakültə dekanlarının və kafedra müdirlərinin müsabiqəsi keçirilir
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) insan resurslarının inkişaf etdirilməsi istiqamətində islahatlar və mütəxəssislərin seçilməsinə yeni, müasir yanaşmalar davam edir. Məqsəd ADPU-da keyfiyyətli təhsil imkanlarının yaradılması, sağlam və ədalətli rəqabət mühitinin formalaşdırılması, yüksək biliyə malik peşəkar və müasir mütəxəsissləri işə cəlb etməkdir.

 

Bu baxımdan, ADPU-da bütövlükdə ölkəmizin ali təhsil sistemi üçün yeni və mütərəqqi sayılan növbəti addımın atılması da diqqətəlayiqdir. Belə ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun Təhsil Nazirinin 9 mart 2011-ci il tarixli 400 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları haqqında” əmrə və ADPU-nun Elmi Şurasının 31 may 2017-ci il tarixli qərarına əsasən” “ADPU-da bir sıra fakültə dekanları və kafedra müdirlərinin müsabiqəsinin keçirilməsi haqqında” imzaladığı 7 avqust 2017-ci il tarixli 630-k nömrəli əmri ilə universitetdə vakant fakültə dekanı və kafedra müdiri vəzifələrinin tutulması üçün müsabiqə elan edilib. Müsabiqənin şəffaf və obyektiv aparılmasını təmin etmək məqsədilə tərkibinə tanınmış, təcrübəli və nüfuzlu pedaqoq-alimlərin daxil olduğu 27 nəfərdən ibarət Komissiya yaradılıb. Komissiyanın sədri Bakı Dövlət Universitetinin Fiziki elektronika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Şahlar Əsgərovdur. Müsabiqənin keçirilməsi barədə “Azərbaycan müəllimi” qəzetində, “Xalq qəzeti”ndə müvafiq elanlar dərc edilib, universitetin adpu.edu.az saytında elan yerləşdirilib, həmçinin sosial şəbəkələrdə geniş məlumatlar paylaşılıb. Qeyd edək ki, müsabiqə ADPU-nun 4 fakültəsində-Tarix və coğrafiya, Kimya və biologiya, Fizika və texnologiya, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültələrində və 16 kafedrasında-Türk və Şərqi Avropa xalqlarının tarixi və onların tədrisi metodikası, Azərbaycan tarixi, Riyazi analiz, Hesablama riyaziyyatı və informatika, Biologiya və onun tədrisi metodikası, Analitik və üzvi kimya, İnsan və heyvan fiziologiyası, Ümumi kimya və onun tədrisi metodikası, Fizikanın tədrisi metodikası, Ümumi fizika, Texnologiya və onun tədrisi metodikası, İbtidai təhsilin pedaqogikası və metodikası, Riyaziyyatın ibtidai kursunun tədrisi metodikası, Musiqi və onun tədrisi metodikası, Təsviri incəsənət, rəsmxət və onların tədrisi metodikası, Fiziki tərbiyə və çağırışaqədərki hazırlığın tədrisi metodikası, həmçinin ADPU-nun Şamaxı Filialında Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedralarında keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər rektorun adına ərizə, kadrların şəxsi uçot vərəqəsini, tərcümeyi-hal, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçasından çıxarış, ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini, elmi və elmi-metodik işlərin siyahısını, şəxsiyyət vəsiqəsinin surətini, fakültə və ya kafedranın 5 illik perspektiv inkişaf planını təqdim etməlidirlər. Məlumat üçün onu da bildirək ki, ADPU-da çalışan şəxslər ərizələri ilə birlikdə yalnız elmi və elmi-metodiki işlərin siyahısını, fakültə və ya kafedranın 5 illik perspektiv inkişaf planını təqdim etməlidirlər. Sənədlər 15 avqust 2017-ci ildən 15 sentyabr 2017-ci ilədək şənbə, bazar və bayram günləri istisna olmaqla, saat 10:00-dan 17:00-dək ADPU-nun İnsan resursları departamentinə təqdim olunmalıdır. Hazırda sənəd qəbulu davam edir. Ünvan: Bakı şəhəri, Üzeyr Hacıbəyli küçəsi 68, 110-111-ci otaq (I mərtəbə). Müsabiqədə iştirak etmək istəyənlər əlavə məlumat üçün (012) 498-08-16 və (012) 498-17-94 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər.

 

1 ... 344 345 346 ... 370

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007667

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)