Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-348.htm
PROFESSOR ASƏF ZAMANOV “MEXANİKA VƏ TİKİNTİ MÜHƏNDİSLİYİ SAHƏSİNDƏ NAİLİYYƏTLƏR (ASEM)” VƏ “NANO, BİO, ROBOT VƏ ENERJİ SAHƏSİNDƏ NAİLİYYƏTLƏR (ANBRE)” XVII DÜNYA KONQRESİNDƏ MƏRUZƏ ETMİŞDİR
PROFESSOR ASƏF ZAMANOV “MEXANİKA VƏ TİKİNTİ MÜHƏNDİSLİYİ SAHƏSİNDƏ NAİLİYYƏTLƏR (ASEM)” VƏ “NANO, BİO, ROBOT VƏ ENERJİ SAHƏSİNDƏ NAİLİYYƏTLƏR (ANBRE)” XVII DÜNYA KONQRESİNDƏ MƏRUZƏ ETMİŞDİR
Elmi işlər üzrə prorektorluq
ASEM17, ANBRE17 Dünya Konqresinin Təşkilat Komitəsi rəhbəri professor Chang-Koon Choi ADPU-nun Elmi işlər üzrə prorektoru fizika-riyaziyyat elmləri doktoru, professor Asəf Zamanovu “Mexanika və tikinti mühəndisliyi sahəsində nailiyyətlər (ASEM)” və “Nano, bio, robot və enerji sahəsində nailiyyətlər (ANBRE)” XVII Dünya Konqresində iştirak etmək, həmçinin məruzə ilə çıxış etmək məqsədilə Seul şəhərinə (Koreya Respublikası) dəvət etmişdir.

 

Konqres İnternational Association of Structural Engineering and Mechanics (İASEM), Korea Advanced İnstitution of Science and Techonology (KAİST), Korea Tunneling and Underground Space Association (KTA), Korea Association of Computational Mechanics (KACM) qurumlarının birgə təşkilatçılığı ilə 28 avqust- 1sentyabr 2017-ci il tarixlərdə keçirilirdi. Konqresin Təşkilat Komitəsinə 40-dan çox ölkənin mütəxəssislərinin 700 tezisi, o cümlədən 450 məqaləsi daxil olmuşdur. 62 oral sessiyada, 7 poster sessiyada 400-dən çox məruzə dinlənilib müzakirə edilib. Konqresdə professor Asəf Zamanov “On some particularities of the influence of the fluid viscosity on the frequency response of a viscoelastic plate loaded with this fluid” mövzusunda məruzə ilə çıxış edib. A.D.Zamanov müəllifi olduğu “Колебания пластин из композитного материала с искривленными структурами” (Баку,Элм,2011,190 стр.) monaqrafiyasını (2 nüsxə) Korea Advanced İnstitution of Science and Techonology (KAİST) kitabxanasına hədiyyə edib. Azərbaycandan həmçinin AMEA-nın həqiqi üzvü, professor Hətəm Quliyev və dosent Mahir Mehdiyev də konqresdə məruzələrlə çıxış ediblər. Səfər çərçivəsində XVII Dünya Konqresinin Təşkilat Komitəsinin sədri professor Chang-Koon Choi, həmçinin digər aparıcı elm və təhsil müəssisələrinin mütəxəssisləri ilə azərbaycanlı mütəxəssislərin gələcək əməkdaşlığına dair müzakirələr də aparılıb.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft