Bu gün: 19 Noyabr 2017, Bazar
Bakıda “Şərqi və Qərbi Türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” Beynəlxalq elmi konfransı keçirilir
Bakıda “Şərqi və Qərbi Türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” Beynəlxalq elmi konfransı keçirilir
İctimaiyyətlə əlaqələr şöbəsi
Sentyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Xəzər Universitetinin, Türkiyənin Səlcuq Universitetinin, Sütçü İmam Universitetinin və Türk Tarix Qurumunun birgə təşkilatçılığı ilə “INOCTE 2017” - “Osmanlı tədqiqatlarında yeni tendensiyalar” beynəlxalq konqresi çərçivəsində “Şərqi və Qərbi Türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” Beynəlxalq elmi konfransı öz işinə başlayıb.

 

Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb. Sonra konfrans iştirakçıları Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi üğrunda şəhid olmuş soydaşlarımızın məzarlarını və Türk əsgəri abidəsini ziyarət edərək “Əbədi məşəl” kompleksi, həmçinin Türk əsgəri abidəsinin önünə gül dəstələri düzüblər.

Beynəlxalq elmi konfransın  plenar iclası AMEA-nın əsas binasında Dairəvi Akt zalında keçirilib. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransı giriş sözü ilə açaraq bildirib ki, bu ilin may ayında AMEA, ADPU və Səlcuq Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bugünkü beynəlxalq elmi konfrans həmin müqaviləyə uyğun olaraq keçirilir. Konfrans Türk dünyasına yeni yanaşmaların və aparılan elmi araşdırmaların nəticələrini cəmiyyətə çatdırmaq, eyni zamanda Türk dünyasının inteqrasiyasının genişləndirməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Akademik İsa Həbibbəyli çıxışının sonunda belə konfransların gələcəkdə də keçiriləcəyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

Türk Tarix Qurumunun rəhbəri, professor Rafiq Turan, Səlcuq Universitetinin rektoru, professor Mustafa Şahin, professoru Alaattin Aköz, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudov və digərləri çıxış edərək konfransın yüksək səviyyədə təşkilinə görə AMEA-nın və ADPU-nun rəhbərliyinə təşəkkür ediblər və  konfransın işinə uğurlar arzulayıblar.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək bildirib ki,  bugünkü beynəlxalq elmi konfransın keçirilməsi həm Azərbaycanın, həm də qardaş Türkiyənin  ictimai-siyasi və elmi-mədəni həyatında mühüm və əlamətdar bir hadisədir. Bu beynəlxalq elmi konfrans Şərqi və Qərbi türk dünyasına dair aparılan elmi-tədqiqatların nəticələrini müzakirə etmək, fikir mübadiləsi aparmaq, Türk dünyasının tarixi köklərinin daha dərindən öyrənilməsi üçün elmi araşdırmaların genişləndirilməsi, bu sahədə çalışan elm xadimlərinin bilik və təcrübələrini bölüşə biləcəkləri akademik bir platformanın yaradılması baxımından böyük əhəmiyyət kəsb edir. Konfrans həm də Azərbaycanla Türkiyə arasında elmi-mədəni əlaqələrin genişləndirilməsinə öz layiqli töhfəsini verəcəkdir.

Rektor Cəfər Cəfərov qeyd edib ki, müstəqil Azərbaycan dövləti həmişə  qardaş Türkiyədən yüksək səviyyədə dəstək  almışdır. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkə məhz Türkiyə olmuşdur. Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin müdrikliklə dediyi “Biz bir millət, iki dövlətik” və eyni zamanda böyük Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” fikirləri eyni soy-kökdən olan iki xalq arasında dərin mənəvi-siyasi birliyi, dostluğu, əməkdaşlığı  parlaq əks etdirir. Hazırda Azərbaycanla Türkiyə uğurlu ikitərəfli əməkdaşlıq etməklə yanaşı, həm də beynəlxalq təşkilatlarda bir-birlərinə yüksək səviyyədə dəstək verirlər.

Rektor  çıxışı zamanı vurğulayıb ki, 97 illik tarixə malik olan ADPU ölkəmizdə elm və təhsilin inkişafına böyük töhfələr vermiş, yüksəkixtisaslı pedaqoji və elmi-pedaqoji kadrların hazırlanmasında mühüm xidmətlər göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ADPU yeni inkişaf yoluna qədəm qoymuşdur. Hazırda ADPU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi, tələbə-müəllim heyəti arasında sağlam mənəvi mühitin yaradılması, insan resurslarının inkişaf etdirilməsi, idarəetmənin optimallaşdırılması, universitetin tədris-tədqiqat-innovasiya mərkəzinə çevrilməsi istiqamətində islahatlar həyata keçirilir və bu islahatların davamlı olması nəzərdə tutulur. Universitetdə həm  tədris, həm elmi-tədqiqat, həm də idarəçilik sahələrində həyata keçirilən yeniliklər, struktur islahatları əsaslı keyfiyyət dəyişiklərinə zəmin  yaratmışdır. Bütün bunlarla yanaşı, ADPU-da beynəlxalq əlaqələrin genişləndirilməsinə və xarici universitetlərlə əlaqələrinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Çünki beynəlxalq əlaqələr ali təhsil müəssisəsinin inkişafının ən mühüm amillərindən  biridir. ADPU müxtəlif xarici ölkələrin tanınmış ali təhsil müəssisələri ilə  müəllim-tələbə mübadiləsi, birgə elmi-tədqiqatlar aparır, müştərək layihələr həyata keçirir, beynəlxalq konfranslarda, konqreslərdə, təhsil proqramlarında iştirak edir. Bugünkü beynəlxalq elmi konfransın keçirilməsi iki qardaş xalqın birgə elmi araşdırmalarının gələcək perspektivlərindən xəbər verir və yeni əlaqələrin yaranmasına kömək edəcəkdir.

Konfransda iştirakçılar arasında olan tanınmış alimlərə plaketlər təqdim edilib.

Sonra konfrans öz işini ADPU-da bölmə iclaslarında davam etdirib. İlk bölmə iclasında 6 məruzə dinlənilib. Konfrans çərçivəsində ADPU-da sərgi təşkil edilib. Konfransın 2 bölmə üzrə keçiriləcək iclaslarında ümumilikdə azərbaycanlı və türkiyəli alimlərin 100-dən çox elmi məruzəsinin dinlənilib müzakirə olunması nəzərdə tutulur. Məlumat üçün bildirək ki, 3 gün davam edəcək beynəlxalq elmi konfrans sentyabrın 14-də başa çatacaq. Konfransın sonunda iştirakçıların Bakı ətrafındakı tarixi yerlərlə tanışlığı da təşkil ediləcək.

 

1 ... 348 349 350 ... 516

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.022568

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)