Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-350.htm
ADPU-nun Şəki Filialında yeni tədris ilinə hazırlıq işləri uğurla başa çatdırılıb
ADPU-nun Şəki Filialında yeni tədris ilinə hazırlıq işləri uğurla başa çatdırılıb
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialının professor-müəllim heyəti və tələbələri 2017-2018-ci tədris ilini və 15 Sentyabr-Bilik Gününü cari və əsaslı təmir işləri aparılaraq yeni inventar və avadanlıqlarla zənginləşdirilmiş tədris binalarında qarşılayacaqlar. Yeni tədris ilinə hazırlıq məqsədilə dekanlıq və kafedraların xətti ilə görüləcək bütün işlər artıq başa çatdırılıb.

 

Hər il olduğu kimi, bu il də filialda tədrisin keyfiyyətini yüksəltmək məqsədilə maddi-texniki bazanın möhkəmləndirilməsi diqqət mərkəzində saxlanıb, tədris binalarında əsaslı və cari təmir, eləcə də abadlıq işləri həyata keçirilib. Filialın üçmərtəbəli tədris binasının fasad hissəsi, akt zalı əsaslı təmir edilərək gözoxşayan hala gətirilib, auditoriyalarda cari təmir işləri aparılıb, lazımi avadanlıqlarla təchiz edilib, həyətyanı sahədə səliqə-sahman yaradılıb. Filialın tədris binaları, auditoriyalar yeni tədris ilinə hazır vəziyyətə gətirilib. Qeyd edək ki, yeni tədris ilində respublikamızın müxtəlif bölgələrindən olan 179 nəfər gənc ilk dəfə auditoriyaya qədəm qoyacaq, müxtəlif ixtisaslar üzrə bakalavriat pilləsində təhsil alacaq.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft