Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-351.htm
Filologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib
Filologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Sentyabrın 14-də Filologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib. Fakültənin dekanı, Elmi Şuranın sədri, professor Buludxan Xəlilov əməkdaşları 2017-2018-ci tədris ilinin başlanması münasibətilə təbrik edərək uğurlar arzulayıb.Sonra professor B.Xəlilov 2016-2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri və 2017-2018-ci tədris ilində həyata keçiriləcək işlərin əsas istiqamətlərini nəzərə çatdırıb.

 

İclasda Filologiya fakültəsinin Elmi Şurasının 2017-2018-ci tədris ili üçün iş planı, akademik təqvim və fakültənin iş planı təsdiq olunub. Fakültənin elmi katibi, dosent Sevinc Sadıxova Elmi Şura üzvlərini cari məsələlərlə tanış edib. Cari məsələlərdə 1 əməkdaşın dərs vəsaitinin müzakirə olunaraq çap olunması, 1 nəfərin mühazirə aparması məqsədəuyğun sayılıb, həmçinin fəlsəfə doktoru proqramı üzrə 1 dissertasiyanın mövzusu təsdiq olunub.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft