Bu gün: 12 Dekabr 2017, Çərşənbə axşamı
ADPU-da “Azərbaycan-Türkiyə münasibətləri” II Beynəlxalq elmi konfransı keçiriləcək
ADPU-da “Azərbaycan-Türkiyə münasibətləri” II Beynəlxalq elmi konfransı keçiriləcək
İctimaiyyətlə əlaqələr şöbəsi
Oktyabrın 12-14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) və Türkiyə Respublikasının Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə ADPU-da “Azərbaycan-Türkiyə münasibətləri” II Beynəlxalq elmi konfransı keçiriləcək.

 

Beynəlxalq konfransın elmi istiqamətləri Azərbaycan Türkiyə tarixi əlaqələrini, siyasi və iqtisadi münasibətləri, sosial-mədəni və ədəbi əlaqələri, elm və təhsil, turizm və ekologiya sahələrini əhatə edəcək. Məlumat üçün bildirək ki, konfransın keçirilməsi üçün tərkibinə azərbaycanlı və türkiyəli alim-mütəxəssislərin daxil edildiyi Təşkilat Komitəsi yaradılıb, konfransın koordinatorları, katibliyi və akademik heyəti müəyyən edilib. Beynəlxalq elmi konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi, AMEA-nın müvafiq elmi-tədqiqat institutlarının, ali təhsil müəssisələrinin tanınmış və nüfuzlu pedaqoq-alimləri iştirak edəcəklər. Konfransda həmçinin Təhsil Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin məsul şəxsləri, Türkiyə Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) nümayəndələri iştirak edəcəklər. Hesab edirik ki, konfrans hər iki dövlətin elm və təhsil sisteminin inteqrasiyası sahəsində mühüm addım olacaq

Qeyd edək ki, konfransın proqramına əsasən iştirakçıların  əvvəlcə Fəxri Xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını, eləcə də Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi üğrunda şəhid olmuş soydaşlarımızın məzarlarını və Türk əsgəri abidəsini ziyarət edərək “Əbədi məşəl” kompleksi, həmçinin Türk əsgəri abidəsinin önünə gül dəstələri qoymaları nəzərdə tutulur. Konfransın ADPU-nun Böyük Akt zalında keçiriləcək plenar iclasında  hər iki ölkənin dövlət himnləri səsləndiriləcək, təbrik məktubları oxunacaq, çıxışlar dinləniləcək. Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirəcək. Konfransın 6 bölmədə keçiriləcək iclaslarında ümumilikdə 84 elmi məruzənin dinlənilib müzakirə olunması nəzərdə tutulur. 3 gün davam edəcək beynəlxalq elmi konfrans oktyabrın 14-də başa çatacaq.  Qeyd etmək lazımdır ki, bu, ADPU-nun son bir ayda keçirdiyi sayca ikinci beynəlxalq elmi konfransdır. Xatırladaq ki, sentyabrın 12-14-də AMEA-nın, ADPU-nun, Xəzər Universitetinin, Türkiyənin Səlcuq Universitetinin, Sütçü İmam Universitetinin və Türk Tarix Qurumunun birgə təşkilatçılığı ilə “INOCTE-2017” “Osmanlı tədqiqatlarında yeni tendensiyalar” beynəlxalq konqresi çərçivəsində “Şərqi və Qərbi Türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” Beynəlxalq elmi konfransı  yüksək səviyyədə təşkil edilib.

 

1 ... 389 390 391 ... 595

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.024393

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)