Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-391.htm
Müəllim fədakarlıq nümunəsidir
Müəllim fədakarlıq nümunəsidir
İctimaiyyətlə əlaqələr şöbəsi
Oktyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialında 5 Oktyabr -Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi. ADPU-nun Ağcabədi Filialının direktoru, dosent Mətanət Fərzəliyeva tədbiri giriş sözü ilə açaraq professor-müəllim və tələbə heyətini 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edərək onlara şərəfli işlərində və gələcək fəaliyyətlərində uğurlar arzuladı.

 

Direktor ümummilli lider Heydər Əliyevin “Mən Yer üzərində müəlimdən yüksək ad tanımıram. Hər birimizdə müəlimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahi naminə vicdanla işləməyi müdrükliklə və səbirlə bizə öyrətmiş və öyrədir,”- müdrik kəlamını xatırladaraq cəmiyyətdə müəllim adına, müəllim əməyinə yüksək qiymət verildiyini bir daha vurğuladı. Tədbirdə Tədris və elmi işlər üzrə direktot müavini,dosent Seymur Süleymanov, Pedaqoji fakültənin dekanı, filologiya üzrə fəsfəfə doktoru, baş müəllim Əli Əliyev, Xüsusi və ümumelmi fənlər kafedrasının müdiri, dosent əvəzi Tahir Kərimli, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri, dosent Vaqif Allahverdiyev, tələbə Lamiyə Qarayeva bildirdilər ki, müəllim həyatımızın bütün sahələri üçün yararlı olan vətəndaşların yetişdirilməsində hər zaman fədakarlıq nümunəsi göstərmişdir. Gənc nəslin mənəvi tərbiyəsinin, bədii-estetik zövqünün formalaşmasında, mənəvi-əxlaqi vərdişlərə yiyələnməsində müəllimin üzərinə düşən böyük məsuliyyətdən danışdılar. Tədbir filialın tələbələrinin təqdim etdikləri ədəbi-bədii kompozisiya ilə yekunlaşdı.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft