Bu gün: 12 Dekabr 2017, Çərşənbə axşamı
Professor Xəlil Köçərli və Gülarə Qayıbova təşəkkür və fəxri fərmanla təltif ediliblər
Professor Xəlil Köçərli və Gülarə Qayıbova təşəkkür və fəxri fərmanla təltif ediliblər
İctimaiyyətlə əlaqələr şöbəsi
Xəbər verdiyimiz kimi, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) mühüm xidmətləri olan müəllim və əməkdaşlara xüsusi diqqət və qayğı göstərilir. ADPU-nun rektoru, professor Cəfər Cəfərovun müvafiq əmrləri ilə Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının professoru Xəlil Süleyman oğlu Köçərliyə və həmin kafedranın dosenti Gülarə Nəcəf qızı Qayıbovaya uzun illər səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə təşəkkür elan edilməsi bunu bir daha təsdiqləyir. Bununla bağlı oktyabrın 9-da Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasında tədbir keçirilib.

 

Rektor Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq öncə professor Xəlil Köçərlinin həyat və fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Xəlil Köçərli 1927-ci il noyabrın 26-da Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. 1945-ci ilin iyununda Gədəbəy orta məktəbini bitirərək, Azərbaycan Dövlət  Universitetinə (indiki Bakı Dövlət Universiteti) qəbul  olunmuşdur. 1950-1958-ci illərdə Gədəbəy rayonunun Göyçəsallı və Novo-İvanovka  orta məktəbində direktor və tarix müəllimi işləmişdir. Xəlil Köçərli 1958-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) müəlim, dosent və professor vəzifələrində çalışmışdır. 1964-cü ildə tarix elmləri namizədi, 1984-cü ildə isə tarix elmlər doktoru elmi dərəcəsi almışdır. 1985-ci ildən bu il sentyabrın 14-dək professor vəzifəsində işləmişdir. Onun 10-dan çox monoqrafiyası, 70-dən artıq məqaləsi nəşr olunmuşdur. Eyni zamanda  Xəlil Köçərli 1993-1995 və 1998-ci illərdə nəşr olunan “Siyasi tarix” dərsliyinin müəlliflərindən biridir. Xarici ölkələrdə bir neçə məqaləsi nəşr olunmuşdur.  2012-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

Sonra dosent Gülarə Qayıbovanın həyat və fəaliyyəti haqqında məlumat verən rektor qeyd edib ki, Gülarə Qayıbova 1940-cı il avqustun 15-də Gəncə şəhərində anadan olmuşdur. 1958-ci ildə Gəncə şəhəri 4 nömrəli rus orta məktəbini bitirmişdir.1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirmiş və Sovet Ticarət Texnikumunda Tarix və ictimaiyyət fənlərini tədris etməyə başlamışdır. 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan tarixi kafedrası açılmışdır və Gülarə Qayıbova bu kafedranın ilk aspirantı olmuşdur. 1974-cü ildə “Müharibədən sonrakı illərdə Azərbaycan qadınların elmdəki rolu (1946-1970-ci illər)” mövzusunda dissertasiya müdafiə etmiş, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. ADPU-da müəllim, 1984-cü ildən bu il sentyabrın 14-dək Azərbaycan tarixi kafedrasında dosent vəzifəsində çalışmışdır. Bütün bu illərdə universitetin elmi, tədris və ictimai işlərində fəal iştirak etmiş, rəhbərlik tərəfindən əvvəlcə dekan müavini, sonra dekan  vəzifəsinə irəli çəkilmişdir.

Dosent Gülarə Qayıbova 40-dan çox elmi-tədqiqat işinin müəllifidir. Bu elmi işlərin əsas tədqiqat obyekti elmdə, mədəniyyətdə, ümumiyyətlə, cəmiyyətimizdə Azərbaycan qadınlarının rolu, gender məsələsi, elmin, maarifin, mədəniyyətin inkişafıdır. Tarixçi-alim bir çox respublika və beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir. 1985-ci ildə SSRİ Sülh Fondu tərəfindən Yuqoslaviyada Ümumittifaq nümayəndələrinin tərkibində iştirak etmişdir. Azərbaycan Respublikasının II və IV Qadınlar Qurultayının nümayəndəsi seçilmişdir. Təhsil Nazirliyi və ADPU-nun rəhbərliyi tərəfindən uğurlu elmi-pedaqoji fəaliyyətinə görə Gülarə Qayıbovaya dəfələrlə təşəkkür elan edilmişdir.

Rektor Cəfər Cəfərov vurğulayıb ki, professor Xəlil Köçərli və dosent Gülarə Qayıbova uzun müddət ADPU-da səmərəli elmi-pedaqoji fəaliyyət göstəriblər. Onlar həmişə öz bilik və təcrübələri, peşəkarlıq səviyyələri ilə fərqləniblər.  Yüksək səviyyəli pedaqoq-alimlər kimi kollektivin böyük hörmətini qazanıblar.

Rektor təşəkkürü professor Xəlil Köçərliyə və dosent Gülarə Qayıbovaya təqdim edərək onlara möhkəm cansağlığı və uzun ömür arzulayıb.

Qeyd edək ki, təşəkkürlə yanaşı, professor Xəlil Köçərliyə və dosent Gülarə Qayıbovaya universitetdə uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyət göstərdiklərinə görə ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin qərarı ilə fəxri fərman və pul mükafatı da verilib.

Tədbirdə çıxış edən Əməkdar elm xadimi, professor Süleyman Məmmədov, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova, Türk və Şərqi Avropa xalqlarının tarixi və tarixin tədrisi metodikası kafedrasının müdiri, dosent Rəcəb Əliyev, İqtisadi coğrafiya və coğrafiyanın tədrisi metodikası kafedrasının dosenti Məlikməmməd Məmmədov professor Xəlil Köçərlini və dosent Gülarə Qayıbovanı istedadlı müəllim-alim, nəcib və xeyirxah insan, ləyaqətli vətəndaş, əsl ziyalı kimi səciyyələndirərək onlara öz xoş arzularını bildiriblər.

Professor Xəlil Köçərli və dosent Gülarə Qayıbova onlara göstərilən diqqət və qayğıya görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.

 

1 ... 391 392 393 ... 595

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.025256

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)