Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-393.htm
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində görüş
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində görüş
İctimaiyyətlə əlaqələr şöbəsi
Oktyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olan Danimarkanın Kopenhagen Universitet Kollecinin (UCC) əməkdaşları Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində görüş keçirmişlər.

 

Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları ilə birgə fakültədə olan UCC əməkdaşları əsasən məktəbəqədər təhsillə maraqlanmış, Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasında müəllimlərlə və “Məktəbəqədər təlim və tərbiyə” ixtisası tələbələri ilə görüşmüş, söhbət etmişlər. Görüş zamanı UCC əməkdaşları universitetlərarası tələbə mübadiləsinin həyata keçirilməsi arzusunda olduqlarını bildirmişlər. Görüş hər iki tərəf üçün maraqlı olan məlumat mübadiləsi ilə başa çatmışdır.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft