Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-394.htm
ADPU-nun nəzdində ADPK-də “Şəhadət” sənədli filmi nümayiş olunub
ADPU-nun nəzdində ADPK-də “Şəhadət” sənədli filmi nümayiş olunub
İctimaiyyətlə əlaqələr şöbəsi
Oktyabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filmi nümayiş olunub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova, Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Zeynəb Tayıbova, ADPK-nin Tərbiyə işləri üzrə direktor müavini Nigar Şirəliyeva və kollecin tələbələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan ADPK-nin Tərbiyə işləri üzrə direktor müavini Nigar Şirəliyeva belə filmlərin gənclərin maarifləndirilməsində əhəmiyyətindən danışıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova öz çıxışında "Şəhadət" filminin əhəmiyyətindən bəhs edərək, filmin hazırlanmasında əsas məqsədin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı onları məlumatlandırmaq olduğunu diqqətə çatdırıb. Tədbirdə milli-mənəvi dəyərlərimizin – ənənəvi İslam dəyərlərinin təbliğinin dini radikalizmə və xurafata qarşı mübarizədə önəmli vasitə olduğu vurğulanıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft