Bu gün: 24 Noyabr 2017, Cümə
ADPU-nun Şəki Filialında nümunəvi açıq dərs
ADPU-nun Şəki Filialında nümunəvi açıq dərs
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialının Humanitar fənlər kafedrasının 14 sentyabr 2017-ci il tarixli iclasının qərarına əsasən nümunəvi açıq dərslərin təşkili prosesi davam edir.

 

Noyabrın 6-da kafedranın baş müəllimi Tahir Məhərrəmovun tədris etdiyi “Azərbaycan Respublikasının Konstitusiyası və Hüququnun əsasları” fənni üzrə “Əmək qanunvericiliyi” mövzusunda nümunəvi açıq dərsi keçirilib.

         Açıq dərsdə filialın “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının tələbələri, Humanitar fənlər kafedrasının müəllimləri iştirak ediblər. Tahir Məhərrəmov təqdim etdiyi mühazirədə Azərbaycan Respublikasında əmək qanunvericiliyinin hüquqi əsasları, onun Azərbaycan Respublikasının qanunvericilik sistemində yeri barədə ətraflı məlumat verib.

         Dərsin sonunda mühazirə məşğələsinin geniş müzakirəsi təşkil edilib. Müzakirələrin gedişində çıxış edən kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru Vüsal Baxışov bugünkü mühazirənin Azərbaycan Respublikasının qanunvericilik sistemində mühüm əhəmiyyət malik, Azərbaycan Respublikasının dövlət siyasətinin başlıca prioritet istiqamətlərindən olan sosial siyasətin həyata keçirilməsinin hüquqi təminatının əsaslarını özündə əks etdirən əmək qanunvericiliyinə həsr edildiyini qeyd edib. Çıxışını davam etdirən Vüsal Baxışov açıq dərsdə mühazirəçinin qarşısına qoyduğu məqsədlərə əsasən nail ola bilməsini xüsusilə vurğulayaraq, Azərbaycan Respublikasında əmək qanunvericiliyinin Konstitusion əsasları, bu sahə üzrə əsas çərçivə qanunu hesab edilən Azərbaycan Respublikasında Əmək Məcəlləsi, onun mahiyyəti haqqında ətraflı və dolğun məlumatların verilməsini, Azərbaycan Respublikasında əmək qanunvericiliyinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı və ölkədə üstün hüququ qüvvəyə malik beynəlxalq saziş və konvensiyalarla uyğunlaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər haqqında əhatəli informasiyaların əks olunmasını açıq dərsin üstün məziyyətlərindən biri olduğunu bildirib.

         Vüsal Baxışov çıxışında mühazirəçi tərəfindən dərsin gedişində əmək qanunvericiliyində əksini tapan və hər bir vətəndaşı düşündürən, praktikada  işəgötürənlə işçi arasında daha çox mübahisəli məqamların müşahidə edildiyi – əmək müqavilələri, onların tərtibi, müddəti, əmək məzuniyyətləri, sosial məzuniyyətlər, yaradıcılıq məzuniyyətləri, əmək mübahisələrinin həlli qaydaları, kollektiv müqavilələrin  tərtibi və ümumilikdə müəssisələrdə təsis edilmiş həmkarlar təşkilatlarının səlahiyyət çərçivələri, bu təşkilatların işəgötürənlə işçi arasındakı münasibətlərdə tənzimləyici funksiyası, iş vaxtı və istirahət günləri, əməyin mühafizəsi istiqamətində atılan addımlar və s. haqqında ətraflı məlumatın verilməsini olduqca təqdirəlayiq olduğunu qeyd edib.

Kafedranın əməkdaşları – baş müəllim Həbibulla Manaflı, müəllim İbrahim Abdulsəlimli, müəllim Könül Kərimova çıxış edərək Tahir Məhərrəmovun təqdim etdiyi açıq dərsi yüksək qiymətləndirib, onun ali məktəblərdə mühazirə məşğələləri üçün müəyyənləşdirilmiş  tələb və standartlara uyğun formada  təqdim edildiyini  və bütün meyarlara  cavab verdiyini vurğulayıblar.

 

1 ... 497 498 499 ... 540

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.02146

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)