Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-499.htm
ADPU-nun Quba Filialında 12 Noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü ilə bağlı tədbir keçirilib
ADPU-nun Quba Filialında 12 Noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü ilə bağlı tədbir keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Noyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında 12 Noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü ilə bağlı dəyirmi masa keçirilib. Mövzu ilə bağlı filialın tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Pedaqoji və ictimai fənlər kafedrasının müəllimi Mürvət Əliyev, Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müəllimi Əmirağa Şıxəmmədov, filialın Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Türkanə Abışova çıxış ediblər.

 

Çıxış edənlər Azərbaycan Respublikasının Konstitusiyasında əks olunan maddələrdən, ölkəmizdə ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar olmasından, insan və vətəndaş hüquq və azadlıqlarından, vətəndaşların əsas vəzifələrindən bəhs ediblər. Sonra tələbələr arasında “Konstitusiyamızı necə bilirik?” adlı sorğu keçirilib. Sorğuda iştirak edən tələbələrə vətəndaşların hüquq və vəzifələrini, Azərbaycan Respublikasının Konstitusiyanın 22 illik tarixini əhatə edən suallar verilib. Suallar tələbələr tərəfindən ətraflı və dolğun cavablandırılıb.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft