Bu gün: 24 Noyabr 2017, Cümə
ADPU-nun Ağcabədi FilialındaYeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə elmi-praktik konfrans keçirilib
ADPU-nun Ağcabədi FilialındaYeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə elmi-praktik konfrans keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Noyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialında Yeni Azərbaycan Partiyasının (YAP) Ağcabədi rayon təşkilatı ilə birlikdə partiyanın yaradılmasının 25 illiyi münasibətilə elmi-praktik konfrans keçirilib. Konfransda YAP-ın Ağcabədi rayon təşkilatının sədri, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Əhmədov, YAP-ın Ağcabədi rayon icra aparatının rəhbəri Nazim Bünyadov iştirak ediblər. Konfransda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Konfransı giriş sözü ilə filialın direktoru, dosent Mətanət Fərzəliyeva açaraq qeyd edib ki, bu gün çox əlamətdar tarixi bir hadisəni- YAP-ın yaradılmasının 25 illiyini qeyd edirik. Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan bu partiya xalqımızı ağır vəziyyətdən çıxararaq müstəqil dövlətimizin varlığını təmin edib. Dosent M.Fərzəliyeva YAP-ın yaranma tarixindən, Ümummilli Liderimizin xalqımız üçün misilsiz tarixi xidmətlərindən ürəkdolusu danışib. Sonra İctimai, təbiət fənləri və onların tədrisi metodikası kaferdasının dosenti M.Hüseynov “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur” mövzusunda məruzə edərək göstərib ki, müstəqilliyimizin ilk illərində daxili siyası qarşıdurmanın dərinləşməsi sayəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Cəmiyyət ümumxalq inamına malik olan, ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında respublikanın bir qrup ziyalısı mətbuatda Ulu Öndərə müraciət ünvanladılar. 21 noyabr 1992-ci ildə YAP-ın Naxçıvanda təsis konfransı keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi.
YAP qısa müddətdə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqələrindən olan sağlam qüvvələri öz ətrafında birləşdirə bilmiş, ümumxalq partiyası olmaq istiqamətində uğurlu addımlar atmışdır. “YAP bu günün, sabahın və gələcəyin partiyasıdır” mövzusunda məruzə edən dosent əvəzi M.Səlimov qeyd edib ki, partiya hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ideyalarını həyata keçirmək, ölkədə sivil dəyərlər, demokratik prinsiplər əsasında hərtərəfli inkişafa nail olmaq, insan hüquq və azadlıqlarının təminatı, liberal dəyərlərə söykənən güclü və sosialyönümlü iqtisadiyyat, sosial ədalət və hər bir Azərbaycan vətəndaşının təminatı, rifahı uğrunda mübarizə aparır. Baş müəllim A.Kərimli “YAP-ın gənclər siyasəti” mövzusunda məruzə edərək bildirib ki, partiya yarandığı ilk dövrlərdən gənclərə xüsusi diqqət və qayğı ilə yanaşıb, müstəqil dövlətimizin gələcəyi olan gənclərin dövlətin qanunvericilik və icra strukturlarında mövqe tutmalarına, onların cəmiyyətdə gedən ictimai-siyasi proseslərdə yaxından iştirak etmələrinə nail olub. Məhz bu qayğının nəticəsində YAP-ın sıralarına gənclərin axını daim artmaqdadır. Məruzələr ətrafında çıxışlar olub. Dosent əvəzi T.Kərimli şıxış edərək YAP-ın müstəqil dövlətimizin tarixində oynadığı roldan danışib. Natiq qeyd edib ki, YAP ümumxalq partiyası olmaq səviyyəsinə qalxaraq xalqı düşdüyü ağır vəziyyətdən çıxararaq müstəqilliyimizi qoruyub inkişaf etdirir. Konfransda iştirak edən YAP-ın Ağcabədi rayon təşkilatının sədri, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini R.Əhmədov çıxış edərək ulu öndər Heydər Əliyev tərəfindən yaradılan partiyanın keçdiyi şanlı tarixdən, əldə etdiyi uğurlardan danışıb. Sonra R.Əhmədov YAP-ın Ağcabədi rayon təşkilatının 13952 nəfər üzvü olduğunu və təşkilatın rayonda həyata keçirilən sosial-iqtisadi quruculuq işlərində fəal iştirak etdiyini və bu sahədə partiyanın ADPU-nun Ağcabədi Filialı üzrə ilk təşkilatının rolunu da xüsusilə vurğulayıb. Sonda partiyaya daxil olan tələbələrə üzvlük biletləri təqdim olunub.

 

1 ... 499 500 501 ... 540

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.0077199999999999

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)