Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-501.htm
ADPU-nun Şamaxı Filialı Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş regional konfransda iştirak edib
ADPU-nun Şamaxı Filialı Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş regional konfransda iştirak edib
İctimaiyyətlə əlaqələr şöbəsi
Şamaxı rayonunun Mədəniyyət Sarayında Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyinə həsr olunmuş regional konfrans keçirilib. Konfransda YAP-ın Şamaxı rayon təşkilatının İdarə Heyətinin üzvləri, partiyanın Şamaxı, Ağsu, Ucar, İsmayıllı, Qobustan, Qəbələ, Ağdaş, Kürdəmir rayonları üzrə Gənclər Birliklərinin sədrləri, Şamaxı rayon ictimaiyyətinin nümayəndələri, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialının müəllim və tələbələri iştirak ediblər.

 

Konfransda hər rayon üzrə YAP-ın Gənclər Birliyinin sədrləri hesabat xarakterli çıxış edərək yarandığı gündən partiyanın gənclər siyasətini uğurla həyata keçirdiyindən danışıblar. Çıxışlardan sonra rayonlar üzrə fəal gənclər, o cümlədən ADPU-nun Şamaxı Filialının tələbələri Heydər Sadıqov, Qurban Mürsəlov və Nicat Məmmədov YAP-ın yaradılmasının 25 illiyi münasibətilə və gənclər siyasətində fərqləndiklərinə görə diplomla təltif olunublar. Konfrans YAP-ın Şamaxı rayon təşkilatı üzvlərinin, o cümlədən ADPU-nun Şamaxı Filialının kollektivinin YAP-ın sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini bir daha nümayiş etdirib.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft