Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-503.htm
İbtidai təhsil fakültəsinin əməkdaşları tələbə yataqxanasında olublar
İbtidai təhsil fakültəsinin əməkdaşları tələbə yataqxanasında olublar
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsində 1300 nəfər tələbə təhsil alır. Onlardan bir qismi universitetimizin tələbə yataqxanasında yaşayır.

 

Bu günlərdə fakültənin dekan müavini, dosent Afət Həsənova və tyutor Ülviyyə Əliyeva tələbə yataqxanasında olaraq tələbə qızların məişət şəraiti ilə yaxından maraqlanıb, çox ciddi nizam-intizam və səlqə-sahmanın şahidi olublar. Xoş anlarla yadda qalan görüş zamanı tələbələr yataqxanada onların yaşaması, oxuması və istirahəti üçün hər cür şərait yaradıldığına görə ADPU-nun rektoru, professor Cəfər Cəfərova öz təşəkkürlərini bildiriblər.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft