Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-504.htm
ADPU-nun nəzdində ADPK-də Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş “Mənim tanrım gözəllikdir, sevgidir” adlı tədbir keçirilib
ADPU-nun nəzdində ADPK-də Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş “Mənim tanrım gözəllikdir, sevgidir” adlı tədbir keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Noyabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) dahi Azərbaycan şairi, dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə tədbir keçirilib. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində xüsusi mövqeyi olan və çoxəsrlik poeziyamızın ən yaxşı ənənələrini inkişaf etdirən, zənginləşdirən söz ustadlarımızdan biridir. Tədbirdə Hüseyn Cavidin ev-muzeyinin ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva, kollecin rəhbərliyi , müəllim və tələbə heyəti, 82 nomrəli tam orta məktəbin müəllimləri iştirak ediblər.

 

Tədbir kollecin foyesində Hüseyn Cavidə həsr olunmuş filmin və sərginin nümayişi ilə başlayıb və sonra kollecin akt zalında davam edib. Tədbiri giriş sözü ilə kollecin Məktəbəqədər təlim və tərbiyə şöbəsinin müdiri Təhminə Əsgərova açaraq Hüseyn Cavidin həyat və fəaliyyəti haqqında danışıb. Sonra Azərbaycan dili və ədəbiyyat fənn birləşməsinin müəllimi Nərgiz Fətiyeva “Poeziyada əbədiləşən ömür” adlı məruzə ilə çıxış edib. Sonda kollecin istedadlı tələbələrinin iştirakı ilə “Mənim tanrım gözəllikdir, sevgidir” adlı kompozisiya nümayiş olunub.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft