Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-577.htm
ADPU-nun tələbəsi esse müsabiqəsində I yeri tutub
ADPU-nun tələbəsi esse müsabiqəsində I yeri tutub
İctimaiyyətlə əlaqələr şöbəsi
Noyabrın 30-da Qəbələ Mədəniyyət Mərkəzində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda respublika konfransı keçirilib.

 

Konfransın yekununda Gənclər və İdman Nazirliyi tərəfindən tələbə-gənclər arasında “Azərbaycançılıq və gənclik” və “Multikultural dəyərlər və gənclik” mövzularında keçirilən esse müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mükafat alanlar sırasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisası üzrə 201-ci qrup tələbəsi, Tələbə Gənclər Təşkilatının (TGT) üzvü Taleh Mirzəyev də yer alıb. O, “Multikultural dəyərlər və gənclik” mövzusunda yazdığı “Bir tələbə-gəncin gözü ilə: Azərbaycan birgəyaşayışı-multikulturalizmdən interkulturalizmə” adlı essesi ilə I yeri tutub. Həmçinin layihə və konfransla bağlı Taleh Mirzəyev Azərbaycan Televiziyasında həftəiçi hər gün yayımlanan “Müasir Azərbaycan gənci” verilişinə müsahibə verib.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft