Bu gün: 12 Dekabr 2017, Çərşənbə axşamı
ADPU-da “Əbdül Əlizadə: ənənəvi təhsildən təfəkkür məktəbinə” Respublika elmi-praktik konfransı keçirilib
ADPU-da “Əbdül Əlizadə: ənənəvi təhsildən təfəkkür məktəbinə” Respublika elmi-praktik konfransı keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Dekabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) görkəmli alim və müəllim, professor Əbdül Əlizadənin 85 illik yubileyinə həsr olunmuş “Əbdül Əlizadə: ənənəvi təhsildən təfəkkür məktəbinə” Respublika elmi-praktik konfransı keçirilib. Konfransda millət vəkili, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, professor Kamilə Əliyeva, BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə və ali təhsil müəssisələrinin alim-mütəxəssisləri iştirak ediblər.

 

Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, biz bu gün böyük psixoloq-alim, görkəmli ziyalı, sadə, səmimi, xeyirxah insan, professor Əbdül Əlizadənin işığına toplaşmışıq. Əbdül Əlizadə Azərbaycan psixologiya elminin inkişafında mühüm xidmətlər göstərib. Rektor görkəmli alimin həyat və fəaliyyəti haqqında məlumat verərək bildirib ki, Əbdül Əli oğlu Əlizadə 1932-ci il avqust ayının 16-da Bakı şəhərində anadan olub. 1950-1955-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) ali təhsil alıb. 1957-ci ildə "Azərbaycan məktəbi" jurnalında işləməyə başlayıb. Ə.Əlizadə görkəmli Azərbaycan filosofu və psixoloqu, professor Ə.Zəkuyevin rəhbərliyi ilə "Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri"ni öyrənib. Onu aktual bir məsələ-təxəyyüldə informasiyaların işlənməsi prosesi maraqlandırırdı. 60-cı illərdə informasiyaların işlənmə prosesi XX və XXI əsrlər psixologiyasında önəmli yer tutan koqnitiv psixologiyanın əsas problemlərindən biri idi. Gənc alim də təxəyyülün xüsusiyyətlərini məhz bu kontekstdə araşdırırdı. 1975-ci ildə Ə.Əlizadə "Cinsi demorfizm və şəxsi qarşılıqlı münasibətlərin formalaşmasının psixoloji problemləri" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. Ə.Əlizadənin doktorluq dissertasiyası Azərbaycan psixologiyasında mühüm hadisə idi. Bu tədqiqatla Azərbaycan psixologiyasında yeni elmi istiqamət - cinsi fərqlər psixologiyası istiqaməti yarandı və uğurla inkişaf etməyə başladı.

1964-cü ildə dövrün psixoloji fikrini sistemli əks etdirən sanballı "Psixologiya" dərsliyi nəşr olundu. Onun 6 müəllifindən 3-ü respublikanın qocaman psixoloqları - Ə.Zəkuzadə, F.İbrahimbəyov və M.Məhərrəmov, 3-ü isə istedadlı gənc psixoloqlar -Ş.Ağayev, Ə.Bayramov və Ə.Əlizadə idi. 1968-ci ildə Ə.Əlizadənin professor Y.Kərimovla birlikdə yazdığı "İlk addımlar" (məktəbəqədər uşaq müəssisələri üçün), 1986-cı ildə Ə.Bayramovla birlikdə yazdığı "Sosial psixologiyanın aktual məsələləri", 1989-cu ildə isə professor Ə.Bayramovla birlikdə yazdığı fundamental "Psixologiya" dərsliyi nəşr olundu. Ə.Əlizadə IX və X siniflər üçün "İnsan və cəmiyyət" dərsliyinin də həmmüəllifidir. Bu dərslik Azərbaycan və rus dillərində iki dəfə nəşr olunub.

80-ci illərin ikinci yarısında Azərbaycan məktəblərində maraqlı bir fənn - "Ailə həyatının etikası və psixologiyası" fənni tədris olunmağa başlandı. Yeni fənnin komissiyası yaradılmalı idi. Professor Ə.Əlizadə professor A.Almazovla birlikdə bu önəmli elmi-psixoloji vəzifəni uğurla həll etdilər. Professor Ə.Əlizadə "Elmi xəbərlər"in (psixologiya və pedaqogika seriyası) baş redaktoru, "Azərbaycan məktəbi" jurnalının redaksiya heyətinin üzvi kimi də səmərəli fəaliyyət göstərib. Azərbaycanın ilk psixoloq alimlərindən olan Ə.Əlizadə uzun müddət ADPU-nun Ümumi psixologiya kafedrasının müdiri vəzifəsində işləyib. Çoxlu sayda yüksək səviyyəli elmi əsərin, məqalənin, dərslik və dərs vəsaitlərinin müəllifidir. Ənənəvi təhsildən təfəkkür məktəbinə keçidin psixoloji aspektlərini araşdıran alim bu sahədə dəyərli əsərlər yaradıb. Elmi-pedaqoji kadrların hazırlanması sahəsində əvəzsiz xidmətlər göstərib. Ə.Əlizadə müxtəlif mötəbər beynəlxalq elmi konfrans, simpozium, konqres və digər elmi tədbirlərdə Azərbaycanı layiqincə təmsil edib. Onun elmi-pedaqoji fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar elm xadimi” fəxri adına və “Şöhrət” ordeninə, həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Təhsilin nəzəriyyə və praktikası ilə məşğul olan görkəmli pedaqoq, psixoloq-alim, professor Ə.Əlizadə 22 fevral 2015-ci ildə vəfat edib. Ə.Əlizadənin  əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Konfransın plenar iclasında professor Bəxtiyar Əliyev, ADPU-nun Elmi işlər üzrə prorektoru, professor Asəf  Zamanov çıxış edərək professor Ə.Əlizadəni çoxşaxəli elmi yaradıcılığa malik alim, xalqına, dövlətinə, Vətəninə sədaqətlə xidmət edən vətəndaş, həssas, qayğıkeş insan kimi səciyyələndirərək onunla bağlı xatirələrini bölüşüblər.

Professor Ə.Əlizadənin oğlu, professor H.Əlizadə çıxış edərək tədbirin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib.

Konfransda Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev “Professor Əbdül Əlizadə- Ləyaqətli insan, istedadlı alim” mövzusunda məruzə ilə çıxış edib, görkəmli alimlə bağlı videoçarx nümayiş etdirilib.

Sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Konfransın 3 bölmədə keçirilən iclaslarında ümumilikdə 110 məruzə dinlənilərək müzakirə edilib. 

 

1 ... 577 578 579 ... 595

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.012259

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)