Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-579.htm
Kimya və biologiya fakültəsində “İnsanın təbiəti: doğruluq, dürüstlük, sadəlik, təvazökarlıq və mərhəmətlilik” mövzusunda görüş keçirilib
Kimya və biologiya fakültəsində “İnsanın təbiəti: doğruluq, dürüstlük, sadəlik, təvazökarlıq və mərhəmətlilik” mövzusunda görüş keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin tələbələrinin Ümumrusiya Psixoterapevt Liqasının həqiqi üzvi İlahə Dəmirbəyli ilə “İnsanın təbiəti: doğruluq, dürüstlük, sadəlik, təvazökarlıq və mərhəmətlilik” mövzusunda görüşü keçirilib.

 

İlahə Dəmirbəyli görüşdə mənəvi-əxlaqi dəyərlərdən danışaraq bildirib ki, doğruluq insan əxlaqının çox mühüm əhəmiyyət kəsb edən dəyərlərindən birdir. Bu dəyər insan ləyaqətini ifadə edən keyfiyyətlər arasında xüsusi yer tutur. Doğruluq insanın düşüncə və fəaliyyətində dürüst olması deməkdir. İnsan əxlaqi dəyərlər baxımından düzgün düşünürsə və düşündüyü kimi danışırsa, düşündüyü kimi fəaliyyət göstərirsə, deməli, doğru həyat tərzi keçirir. İctimai mənafe-xalqın, dövlətin mənafeyi xatirinə yalan danışmaq insanın əxlaqına xələl gətirmir. Özümüz doğru olduğumuz kimi, çalışmalıyıq ki, ətrafımız da doğru insanlardan ibarət olsun. Çünki doğru insanları hamı sevər, belələri heç kəsə qarşı ədalətsizlik etməzlər. Doğruluğun hökm sürdüyü cəmiyyət də firavan, azad olar. Belə cəmiyyətdə insanlar arasında qarşılıqlı inam, etibar və etimad olur. Nəticədə cəmiyyətdə birlik və bərabərlik hökm sürür. Doğruluğun əksi yalandır. Yalançılıq ruhi xəstəlikdir. Yalan-insanlar arasında nifaq salır, onları bir-birinə düşmən edir. İftira yalanın ən qorxulu təzahürlərindən biridir. Başqalarına xoş münasibət bəsləmək, onlara xor baxmamaq, heç kəsi təhqir etməmək, özünü başqalarından üstün tutmamaq təvazökarlıq deməkdir. Sadə və təvazökar adamlar heç vaxt lovğalanmırlar. Sadə və təvazökar insan davranış və hərəkətlərini hər zaman ölçüb-biçir, təmkinli hərəkət edir, özünü başqalarından üstün tutmur. Təvazökar və sadə insana xas olan əxlaqi keyfiyyətlərdən biri də mehrabanlıqdır. Mehribanlıq–insanın əxlaqlığını büruzə verən müsbət və yüksək keyfiyyətlərdən biri olmaqla, insanın digər insanlara, bütün canlılara və onu əhatə edən nə varsa, hamsına qarşı hörmətini, sevgisini və dəyər verdiyini göstərir. Alicənab insan hər şeydən əvvəl mənəvi, o cümlədən əxlaqi cəhətdən olduqca saf bir insandır. Onun zahiri görünüşü ilə daxili aləmi bir vəhdət təşkil edir. Bütün yaxşı keyfiyyətlər arasında mərhəmətlilik ən yüksək zirvədə durur. Biz çalışmalıyıq ki, cəmiyyətdə mərhəmətli insanların sayı çox olsun. Dürüst insanın sözü həmişə əməli ilə üst-üstə düşür. Bir-birini təsdiq edir. Tələbələr məruzəni diqqətlə dinləyiblər, psixoloqa suallar veriblər. Məruzəçi suallara ətraflı cavab verib. Tələblər bu görüşdən razı qalıblar.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft