Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-580.htm
Oğlan tələbələr arasında voleybol yarışının qalibləri mükafatlandırılıb
Oğlan tələbələr arasında voleybol yarışının qalibləri mükafatlandırılıb
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Dovlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Həmkarlar İttifaq Komitəsinin təşkilatçılığı ilə noyabr ayının 20-dən etibarən oğlan tələbələr arasında 12 komandadan ibarət voleybol yarışına start verilib. Yarış 3 qrup -“A” , “B” və “C” qrupları ilə 5 dekabra qədər davam edib. Sonda “A” qrupundan Kimya və biologiya fakültəsi, “B” qrupundan Tarix və coğrafiya fakültəsi, “C” qrupundan Filologiya fakültəsi finala vəsiqə qazanıblar.

 

Dekabrın 5-də 3 qrup arasında I,II,III yerlər uğrunda mübarizə gedib. Yarışın final mərhələsini ADPU-nun rektoru, professor Cəfər Cəfərov izləyib. Finalda Kimya və biologiya fakültəsi I yeri, Tarix və coğrafiya fakültəsi II yeri, Filologiya fakültəsi isə III yeri tutub. Yarış qalibləri kubok, diplom və medallarla mükafatlandırılıblar.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft