Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-582.htm
Kimya və biologiya fakültəsində elmi seminar keçirilib
Kimya və biologiya fakültəsində elmi seminar keçirilib
İctimaiyyətlə əlaqələr şöbəsi
Dekabrın 6-da Kimya və biologiya fakültəsinin Biologiya və onun tədrisi metodikası kafedrasının dosenti Təranə Abdullayevanın II kurs magistrantları ilə elmi seminarı keçirilib. Tədbirdə fakültənin və Elm və innovasiyalar şöbəsinin əməkdaşları iştirak ediblər.

 

Seminar iştirakçıları “Biologiyanın ən son nailiyyətləri”, “Klonlaşdırma”, “Dünyanı qorxuya salan viruslar”, “Genefondumuzun qorunması gələcəyimizin təməlidir”, “Azərbaycan cəmiyyətində gender bərabərliyinə münasibət”, “Kütləvi məhvin törədilməsində bioloji silahların rolu”, “Konservativ düşüncəli icmada reproduktiv sağlamlıq məsələlərinin işıqlandırılması yolları”, “Məişət tullantılarının təkrar emalı” mövzularında çıxışlar hazırlayıblar. Bütün mövzular geniş və maraqlı hazırlanıb, müasir problemləri əhatə edib. Tələbələr hər mövzu üzrə qruplara bölünərək çıxış ediblər. İnternet materiallarından, slaydlardan geniş istifadə edilib. Hər mövzu ilə bağlı çoxlu sayda əyani materiallar nümayiş olunub. Qrupların çıxışları alqışlarla qarşılanıb. Sonda seminarın gedişi və çıxışlar hərtərəfli müzakirə olunub. Tələbələr fakültənin dekanı, dosent Elnarə Mehbalıyeva tərəfindən sertifikatlarla mükafatlandırılıb. Seminar iştirakçıları və dinləyicilər tədbiri yüksək qiymətləndiriblər.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft