Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-6.htm
ADPU-nun Filologoya fakültəsinin İngilis dili kafedrasının müəllimi Mətanət Miriyevanın açıq dərsi.
ADPU-nun Filologoya fakültəsinin İngilis dili kafedrasının müəllimi Mətanət Miriyevanın açıq dərsi.
Filologoya fakültəsi
Dekabr ayının 23-də Filologiya fakültəsinin İngilis dili kafedrasının müəllimi Mətanət Miriyevanın Riyaziyyat və İnformatika fakültəsinin Rİ -101-ci qrupunda tədris etdiyi “İngilis dili” fənni “İt all went wrong” mövzusuna həsr olunmuşdur.

 

Açıq dərsdə İngilis dili kafedrasının müdiri,dos.Gülçöhrə Alıyeva, Nazilə Rəhimova,Şəlalə Dadaşova və Nazilə Rəhimovanın ingilis dilini tədris etdiyi Rİ-101ci yarımqrupu iştirak edirdilər.Mətanət müəllimə iştirakçıları və qonaqları salamlayaraq dərsə başladı. Tələbələr “The Burglars’ friend”qəzet materialının radio versiyasını dinləyib məqaləyə uyğun sualları cavablandırdılar,mətnə aid ifadələri birləşdirib keçmiş zamanda cümlə qurdular,verilən cümlələrdə düzgün feli seçdilər.Sonra tələbələr “The Perfect Crime” hekayəsinin radio dramını dinləyib yanlış verilmiş cümlələrin düzgün variantını söylədilər,mətnin əvvəli və sonunu müzakirə edərək öz fikirlərini bildirdilər.Tələbələrin hazırladığı ”Stone soup”səhnəciyi və əyani olaraq şorba bişirmək səhnəsi də qonaqlar tərəfindən maraqla qarşılandı.Sonra tələbələr Oxford University Pressin çəkdiyiqısametrajlı filmlərə baxıb tərcümə etdilər.Sonda qonaqlar dərs barədə fikirlərini qeyd edərək dərsdən razı qaldıqlarını bildirdilər.Sonda qonaqlara,şəxsən Gülçöhrə xanıma dərsdə iştirak etdiklərinə görə öz minnətdarlığımızı bildirdik.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft