Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2017/xeber-7.htm
Təbrik edirik!
Təbrik edirik!
İctimaiyyətlə əlaqələr şöbəsi
İstedadlı və tanınmış alim, siyasi icmalçı, Əməkdar jurnalist, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fəlsəfə və sosial fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Yasin Alı oğlu Qaraməmmədlinin fəaliyyəti ölkə ictimaiyyətinə yaxşı məlumdur.

 

Yasin Qaraməmmədli yüksək intellekt səviyyəsinə, geniş dünyagörüşə, zəngin daxili mənəviyyata malik vətənpərvər ziyallıdır. O, həmişə ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətə, dövlətçiliyə sədaqəti və ləyaqətli vətəndaş mövqeyi ilə seçilir. Yasin Qaraməmmədli həm də ADPU-nun kollektivinin böyük hörmətini qazanıb. Onun fəaliyyəti ölkə rəhbərliyi tərəfindən layiqincə qiymətləndirilib. Belə ki, Yasin Qaraməmmədli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 7 noyabr tarixli 2419 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Biz də yüksək təltifat münasibəti ilə Yasin müəllimi ürəkdən təbrik edir, cansağlığı, elmi-pedaqoji, ictimai-siyasi fəaliyyətində və bədii-publisistik yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft