Bu gün: 27 Aprel 2017, Cümə axşamı
Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır
Payız semestrinin imtahan sessiyası-bilik yeganə meyardır
İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Respublikasının Təhsil naziri cənab Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı müvafiq əmrə uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası keçirilir.

 

Yanvar ayının 5-dən başlayan imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi ölçü götürülməsi üçün  bütün zəruri tədbirlər həyata keçirilir. Eyni zamanda imtahan prosesini tələbələrin valideyinlərinin, ictimaiyyət nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, kütləvi informasiya vasitələri nümayəndələrinin izləmələri üçün lazımi şərait yaradılıb. Biz də yanvar ayının 11-də imtahanlar keçirilən zallarda, Kompüter Mərkəzində, eləcə də İmtahan qərargahında və  Apelyasiya Komissiyasında olaraq imtahan prosesinin gedişi və daxil olan müraciətlərlə maraqlandıq. Qeyd edək ki, imtahanlar hər gün vaxtında başlayır, imtahan prosesi yaxşı təşkil edilib. İmtahan prosesində nizam-imtizam, səliqə-sahman, şəffaflıq təmin edilib. İmtahan prosesinə heç bir kənar müdaxilə yoxdur, tələbələrə biliklərini nümayiş etdirmək üçün bütün şərait yaradılıb. Tələbələr onlar üçün yaradılmış şəraitdən istifadə edərək sərbəst və rahat şəkildə imtahan verirlər. Məlumat üçün bildirək ki, gün ərzində 1800 nəfər  tələbə yazılı qaydada, 1200 nəfər tələbə isə VTS-TEST sistemi üzrə Kompüter Mərkəzində imtahan verirlər.

İmtahan qərargahının rəhbəri, dosent Nailə Hüseynovanın verdiyi məlumata görə, bugünədək 58 nəfər tələbə qərargaha müraciət edib. Bu müraciətlərin 52-si yazılı qaydada verilən imtahanlardan, 6-sı isə test üsulu ilə verilən imtahanlardan olub. Müraciətlər çevik şəkildə və diqqətlə araşdırılıb. Yazılı qaydada verilən imtahanlarla bağlı edilən 52 müraciətin 7-si tələbələrin xeyrinə həll edilib, müraciət edən digər tələbələrin isə imtahan zamanı davranış qaydalarına əməl etmədiklərinə, üzərlərində mobil telefon və ya digər köməkçi vasitələr aşkar olunduğuna görə onlar imtahandan kənarlaşdırılaraq protokollaşdırılıb və imtahan cavabları ləğv edilib. Test üsulu ilə verilən imtahanlarla bağlı edilən 6 müraciət  tələbələrin xeyrinə həll edilib. ADPU-nun Ağcabədi Filialından edilən 1 müraciətin isə bu gün araşdırılması nəzərdə tutulur.

Apelyasiya Komissiyasının sədri, dosent İradə Qasımovanın və sədr müavini, tarix üzrə fəlsəfə doktoru Vurğun Məmmədovun verdikləri məlumata görə, bugünədək komissiyaya yazılı qaydada verilən imtahanlarla bağlı 25 müraciət daxil olub. Daxil olan müraciətlərdən 8-i tələbələrin xeyrinə həll edilib, 7-si hazırda araşdırılır, digər müraciət edən tələbələr isə öz imtahan nəticələri ilə razılaşıblar. Test üsulu ilə verilən imtahanlarla bağlı isə 26 müraciət daxil olub. Müvafiq araşdırmalar nəticəsində həmin  müraciətlərin 4-ü tələbələrin xeyrinə həll edilib, digər müraciət edən tələbələr isə öz imtahan nəticələri ilə razılaşıblar. Qeyd edək ki, imtahan zamanı qarşıya çıxan çətinliklərin həlli üçün lazımi addımlar atılır. Tələbələrin biliyinin qiymətləndirilməsi zamanı da şəffaflıq və obyektivlik təmin edilir, tələbələr imtahanda göstərdikləri nəticələrə görə qiymətləndirilirlər. Bütün imtahanların nəticələri günün sonunda ADPU-nun İnternet saytına yerləşdirilir.  

ADPU-nun rektoru, professor Cəfər Cəfərov hər gün bir neçə dəfə auditoriyalarda olaraq imtahan prosesini müşahidə edir. İmtahanların çevik, şəffaf və obyektiv keçirilməsi  rektorun  diqqət mərkəzindədir.

 

1 ... 7 8 9 ... 179

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.0243

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)