Bu gün: 16 Avqust 2017, Çərşənbə
ADPU-nun Ağcabədi Filialında payız semestrinin imtahan sessiyası
ADPU-nun Ağcabədi Filialında payız semestrinin imtahan sessiyası
İctimaiyyətlə əlaqələr şöbəsi
Hazırda Qarabağda yeganə ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialı dövlətin diqqət və qayğısı sayəsində zamanın sınaqlarından uğurla keçib yüksəkixtisaslı müəllim kadrları hazırlayan qabaqcıl təhsil müəssisələrindən birinə çevrilib. Filialın pedaqoji kadrların hazırlanması sahəsində mühüm addımlar atması onun geniş maddi-texniki bazaya, elmi-pedaqoji kadr potensialına malik olması, Təhsil Nazirliyinin rəhbərliyinin və ADPU-nun rektoru, professor Cəfər Cəfərovun tövsiyələrinə vaxtında və yaradacılıqla əməl edilməsi ilə bağlıdır.

 

Filialın Pedaqoji fakültəsinin “Məktəbəqədər təlim və tərbiyə”, “İbtidai sinif müəllimliyi”,  “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”,  “Riyaziyyat və informatika müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi” ixtisaslarında 584 nəfər tələbə təhsil alır. Onlardan 552 nəfəri əyani, 32 nəfəri isə qiyabi şöbənin tələbələridir. 

 Son illərdə filialın fəaliyyətində ciddi dönüş yaranıb,  kollektivdə nizam-intizam güclənib, tədris prosesinə tələbkarlıq xeyli artırılıb. Filialda tələbələrin bilik səviyyəsinin yüksəldilməsi, ixtisaslara dərindən yiyələnməsi daim diqqət mərkəzində saxlanılır. Bu səbəbdən də tədris məşğələlərində, imtahan sessiyalarında onların biliklərinin obyektiv və şəffaf qiymətləndirilməsi başlıca meyar hesab edilir. 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında bunlar aydın təsdiqini tapır.

Filialda 2016-2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” Təhsil Nazirliyinin 26 dekabr 2016-cı il tarixli 849 nömrəli  və ADPU-nun 29 dekabr 2016-cı il tarixli 3/416 nömrəli əmrlərinə uyğun olaraq keçirilir.

 Sessiya müddətində daxil olacaq şikayətlərin operativ şəkildə araşdırılmasını təmin etmək məqsədilə filialda İmtahan Qərargahı yaradılıb. Həmçinin imtahan prosesində yarana biləcək münaqişə və şikayətlərin operativ və obyektiv həll edilməsini təmin etmək məqsədilə Münaqişə Komissiyası fəaliyyət göstərir. İmtahan Qərargahının və Münaqişə Komissiyasının əlaqə nömrələri elanlar lövhəsindən asılıb. Rəy və təkliflər qutusu hazırlanaraq filialın I mərtəbəsinin dəhlizində yerləşdirilib. Tələbələr öz fikirlərini imtahan qərargahında olan rəy və təkliflər kitabına könüllü olaraq yaza bilirlər. Kafedralarda imtahanqabagı məsləhət saatlarının cədvəli asılıb. İmtahanların obyektiv və şəffaf təşkili üçün xüsusi olaraq ayrılmış auditoriyalarda hər cür şərait yaradılıb. Filialın qeyri-ixtisaslardan olan  əməkdaşlarından rəsmi qaydada təyin edilmiş nəzarətçilər və imtahan rəhbəri tərəfindən imtahanların gedişinə ciddi nəzarət edilir. İmtahanları müşahidə etmək məqsədilə burada xüsusi kamera quraşdırılıb. İmtahan otaqlarında müxtəlif  ixtisaslar və kurslar üzrə təhsil alan tələbələr ayrı-ayrı fənlər ilə əlaqədar yazılı surətdə imtahan verir, bir-birinə mane olmur, köcürməyə şərait yaradılmır.

İmtahanların nəticələrində “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə III kurs tələbələri Ülviyyə Cəbrayılova və Səadət Dünyamalıyeva, “İbtidai sinif müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Gülgün Səlimzadə, “Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə III kurs tələbələri Əfsanə Məcnunova və Nərgiz Əliyeva, “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Hacər Abbasova, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Minə Fətəliyeva və digərləri  yaxşı hazırlaşdıqlarını, imtahanların gedişindən razı qaldıqlarını, indiyə qədər keçirilən   imtahanlardan “əla” qiymət  aldıqlarını bildirirlər.

İmtahan başa çatdıqdan sonra nəticələr ixtisas müəllimləri tərəfindən obyektiv yoxlanılıb qiymətləndirilir. Təlimata əsasən bu barədə tələbələrə həmin gün müvafiq məlumatlar verilir, nəticələr elanlar lövhəsindən asılır.

ADPU-nun Ağcabədi Filialında ictimaiyyət nümayəndələrinin və valideynlərin imtahanlarda iştirakına şərait yaradılır ki, bu da onlarda imtahanların gedişi barədə dolğun təsəvvür yaradılmasına xidmət edir. Sevindirici haldır ki, valideynlər imtahanların obyektiv  və şəffaf keçirildiyinə bilavasitə özləri şahid olurlar. Valideynlərdən Fazil Orucov, Nazilə Səlimzadə, Azər Əsədov, Gəncəli Mirzəyev və başqaları payız semestrinin imtahan sessiyasının gedişindən razı qaldıqlarını qeyd edir, filialın rəhbərliyinə, bütün əməkdaşlarına imtahanların təşkili və gedişi ilə əlaqədar minnətdarlıqlarını bildirirlər.

 

1 ... 8 9 10 ... 341

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.008584

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)