Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2018/xeber-10.htm
Kütləvi informasiya vasitələrinə Hörmətli media nümayəndələri!
Kütləvi informasiya vasitələrinə
Hörmətli media nümayəndələri!
İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi
Dünən müxtəlif İnternet media resurslarında özünü dənizə ataraq intihar etmiş 23 yaşlı Məlik Nizaməddin oğlu Cahangirovla bağlı məlumat yayılıb. Həmin məlumatda Məlik Cahangirovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi olduğu qeyd edilir.

 

Bununla əlaqədar olaraq bildiririk ki, 1995-ci il təvəllüdlü Məlik Cahangirov 2013-2014-cü tədris ilində ADPU-nun Tarix və coğrafiya fakültəsinin “Coğrafiya müəllimliyi” ixtisasına qəbul edilib. 2016-2017-ci tədris ilində IV tədris ilinin 401-ci qrupunun tələbəsi olub. 2 fənnən akademik borcu olduğuna və son semestrdə dərslərə gəlmədiyinə görə 22 dekabr 2017-ci il tarixli 2/227 saylı əmrlə ADPU tələbələri sırasından xaric edilib. Qeyd etməyi məqsədəuyğun sayırıq ki, Məlik Cahangirovun ötən ilin sentyabr ayından bu yana ADPU ilə heç bir əlaqəsi olmayıb. Biz bu faciəli hadisədən dərin kədər hissi keçirdiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına Allahdan səbir diləyirik! Allah rəhmət etsin!

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft