Bu gün: 20 Yanvar 2018, Şənbə
ADPU-nun Quba Filialında payız semestrinin imtahan sessiyası
ADPU-nun Quba Filialında payız semestrinin imtahan sessiyası
İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında imtahan sessiyasına hazırlıq payız semestrinin əvvəlindən başlanılıb. Belə ki, semestrin əvvəlindən elektron formada təqdim olunan mühazirələr,sillabuslar, obyektiv və ciddi keçirilən seminarlar, sərbəst işlərin yazılması prosesi, tədris işçilərinin məsuliyyəti tələbələri payız imtahan sessiyasına hazırlayıb.

 

ADPU-nun Quba Filialında hazırda 6 ixtisas üzrə 700 nəfər tələbə payız semesterinin imtahan sessiyasında iştirak edir. Payız semesterinin imtahan sessiyasında 6 ixtisas, 32 qrup üzrə 185 imtahanın keçirilməsi nəzərdə tutulub. Filialda hər zaman olduğu kimi imtahan sessiyasının başlanması ilə əlaqədar “Payız imtahan sessiyasının mütəşəkkil keçirilməsi haqqında”, “Apelyasiya komissiyasının yaradılması haqqında”, “Payız imtahan sessiyasına görə imtahan komissiyasının yaradılması haqqında”, “İmtahan Qərargahının yaradılması haqqında” və “Nəzarətçi koordinatorların təyin olunması haqqında” daxili əmrlər verilib və imtahan sessiyasının keçirilməsində Təhsil Nazirliyinin qüvvədə olan əsasnamələri, təlimatları, əmr və göstərişləri əsas götürülüb. İmtahanlar tədris planlarına uyğun olaraq filialın direktorunun əmri ilə təsdiq olunmuş cədvəl əsasında keçirilir. İmtahan cədvəli tərtib olunarkən imtahanlararası məsafələr gözlənilməklə tələbələrin arzu və istəkləri nəzərə alınıb.İmtahanlar hər gün saat 9:00-da başlanılır. Həmçinin imtahanqabağı məsləhət saatları keçirilir, tələbələrə imtahan sualları ilə bağlı müvafiq təlimatlar verilir. İmtahan müddətində valideynlər üçün “Açıq qapı günü” elan edilir, bu da valideynlərdə imtahanların gedişi barədə dolğun təsəvvür yaradılmasına xidmət edir. Arzu edən valideynlər imtahanın gedişatında imtahan otaqlarında iştirak edirlər. Sonradan isə imtahan haqqında öz fikirlərini filialın “Rəy və təkliflər” kitabına qeyd edirlər. İmtahan başa çatdıqdan sonra cavab vərəqləri koordinatorlar tərəfindən xüsusi ayrılmış otaqda yığılır, şifrələnir, nəticələr ixtisas müəllimləri tərəfindən kamera ilə nəzarət olunan otaqda obyektiv yoxlanılıb qiymətləndirilir. Təlimata əsasən imtahan nəticələri haqqında tələbələrə həmin gün məlumatlar verilir, nəticələr elanlar lövhəsindən asılır. Ümumiyyətlə, imtahan sessiyasının mütəşəkkil, obyektiv və şəffaf keçirilməsində filial rəhbərliyinin göstərişlərinə tam əməl olunur.

 

1 ... 10 11 12 ... 25

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.980796

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)