Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2018/xeber-12.htm
ADPU-nun Ağcabədi Filialında payız semestrinin imtahan sessiyası
ADPU-nun Ağcabədi Filialında payız semestrinin imtahan sessiyası
İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialının professor-müəllim heyəti “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan, Təhsil Nazirliyinin əmr və sərəncamlarından, ADPU-nun əmr və təlimatlarından irəli gələn vəzifələrin vaxtında, layiqincə yerinə yetirilməsi üçün öz işlərini günün tələbləri səviyyəsində qurmağa çalışması filialı yüksəkixtisaslı müəllim kadrları hazırlayan qabaqcıl təhsil müəssisələrindən birinə çevirmişdir.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialının professor-müəllim heyəti “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan, Təhsil Nazirliyinin əmr və sərəncamlarından, ADPU-nun əmr və təlimatlarından irəli gələn vəzifələrin vaxtında, layiqincə yerinə yetirilməsi üçün öz işlərini günün tələbləri səviyyəsində qurmağa çalışması filialı yüksəkixtisaslı müəllim kadrları hazırlayan qabaqcıl təhsil müəssisələrindən birinə çevirmişdir. Hazırda filialın Pedaqoji fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təlim və tərbiyə” ixtisaslarında 565 nəfər tələbə təhsil alır. Onlardan 553 nəfəri əyani, 12 nəfəri isə qiyabi şöbənin tələbələridir. Filialın rəhbərliyi Azərbaycan Respublikası Təhsil naziri vəzifələrini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 19 dekabr 2017-ci il tarixli, 438 nömrəli əmrini əldə rəhbər tutaraq 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması üçün filialın bütün imkanlarını səfərbər etmişdir. Filialda payız semestrinin imtahan sessiyasının normal şəraitdə, obyektiv və şəffaf keçirilməsi üçün bütün hazırlıq işləri vaxtında yerinə yetirilmiş, imtahanların keçirilməsi üçün tələb olunan sənədlər vaxtında hazırlanmışdır. İmtahanların gedişində yaranacaq şikayətlərin vaxtında, çevik araşdırılması üçün İmtahan Qərargahı yaradılmış, eyni zamanda sessiya müddətində münaqişə və şikayətlərin obyektiv həll olunmasına nail olmaq məqsədilə Apelyasiya Komissiyası fəaliyyət göstərir. İmtahan Qərargahının və Apelyasiya Komissiyasının əlaqə nömrələri elanlar lövhəsindən asılmışdır. Rəy və təkliflər qutusu hazırlanaraq tədris binasının birinci mərtəbəsinin dəhlizində yerləşdirilmişdir. Kafedralarda imtahanqabağı məsləhət saatlarının cədvəli asılmışdır. İmtahanların keçirilməsində obyektivliyi təmin etmək üçün ayrılmış auditoriyalarda da hər cür şərait yaradılmışdır. İmtahan zallarında yanaşı oturan müxtəlif ixtisasların tələbələri ayrı-ayrı fənlərdən imtahan verirlər, nəticədə onların bir-birinə kömək etmələrinin qarşısı alınır. Qeyri-ixtisas sahiblərindən təyin edilmiş nəzarətçilər və imtahan rəhbəri tərəfindən imtahanların gedişinə ciddi nəzarət edilir. İmtahanların nəticələri ixtisas müəllimləri tərəfindən yoxlanılıb qiymətdirilir, tələbələrə həmin gün məlumatlar verilir, nəticələr elanlar lövhəsindən asılır. İmtahanlara yaxşı hazırlaşmış, bilikləri obyektiv qiymətləndirilmiş tələbələr imtahanların gedişindən razı qaldıqlarını bildirirlər. Sessiya müddətində filialda obyektivliyi və şəffaflığı bilavasitə müşahidə etmək üçün valideynlərin iştirakı təmin edilir. İmtahanların gedişində iştirak edən valideynlər yaradılmış şəraitə və tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsinə görə filial rəhbərliyinə və pedaqoji kollektivə minnətdar olduqlarını söyləyirlər.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft