Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2018/xeber-13.htm
ADPU-nun Şəki Filialında payız semestrinin imtahan sessiyası
ADPU-nun Şəki Filialında payız semestrinin imtahan sessiyası
İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialında 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlanıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 19 dekabr 2017-ci il tarixli 438 nömrəli əmrindən irəli gələn vəzifələrin icrasını təmin etmək, imtahan sessiyasının uğurlu keçməsi məqsədi ilə hazırlıq işləri vaxtında həyata keçirilib, imtahan cədvəlləri tələbələrin arzu və istəkləri nəzərə alınmaqla hazırlanaraq təsdiq edilib.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialında 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlanıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 19 dekabr 2017-ci il tarixli 438 nömrəli əmrindən irəli gələn vəzifələrin icrasını təmin etmək, imtahan sessiyasının uğurlu keçməsi məqsədi ilə hazırlıq işləri vaxtında həyata keçirilib, imtahan cədvəlləri tələbələrin arzu və istəkləri nəzərə alınmaqla hazırlanaraq təsdiq edilib. İmtahan sessiyasına hazırlığın vəziyyəti filialın Elmi Şurasının dekabrın 19-da keçirilən iclasında müzakirə olunaraq qənaətbəxş qiymətləndirilib. İmtahan keçiriləcək auditoriyalar müəyyənləşdirilib, imtahanların gedişi zamanı nəzarəti gücləndirmək məqsədi ilə müəllimlərin növbətçiliyi təşkil olunub, imtahanlarda yarana biləcək şikayət və narazılıqların çevik araşdırılması, obyektiv həll olunması məqsədi ilə filialın direktoru, dosent Rafiq Rasulovun 22 dekabr 2017-ci il tarixli 02/248-k nömrəli əmrinə əsasən İmtahan Qərargahı yaradılıb. İmtahan Qərargahı əsas tədris binasında, ikinci mərtəbədə, 3 nömrəli otaqda (telefon: 044 277 10 93) yerləşdirilib. Eyni zamanda filial direktorunun 19 dekabr 2017-ci il tarixli 02/246-k nömrəli əmrinə əsasən, imtahanların keçirilməsini təşkil və ona nəzarət etmək məqsədi ilə İmtahan Komissiyası, imtahanların gedişində yarana biləcək narazılıq və şikayətlərin çevik, obyektiv həll edilməsi məqsədi ilə Apelyasiya Komissiyası, 22 dekabr 2017-ci il tarixli 02/249-k nömrəli əmri ilə koordinatorlar qrupu yaradılıb. Imtahan Komissiyasının normal fəaliyyəti üçün 48 nömrəli otaq ayrılıb, telefonla (044 277 06 53) təmin olunub. Bütün bunlarla bağlı maarifləndirici məlumat vərəqləri hazırlanaraq elanlar lövhəsində yerləşdirilib. Qeyd edək ki, filialda hazırda 8 ixtisas üzrə 944 nəfər tələbə təhsil alır. İmtahan sessiyası zamanı 44 qrup üzrə 258 imtahan keçiriləcək. Filialda təhsil alan tələbələrdən 179 nəfəri – I tədris ilinin tələbələri ali məktəbdə ilk dəfə imtahan verəcəkləri üçün onlara imtahan qaydaları barədə ətraflı məlumat verilib, bütün tələbələrə bildirilib ki, arzu edən valideynlər imtahanların gedişini müşahidə edə bilərlər. Eyni zamanda imtahanların gedişini izləmək istəyən KİV-ə də bu barədə məlumat verilib. Filialda imtahanlar saat 9:00-da, 12:00-da başlanır və 2 saat davam edir. İmtahanlar başa çatdıqdan sonra İmtahan Komissiyası tərəfindən kodlaşma aparılır və imtahanlar həmin gün yoxlanaraq nəticəsi tələbələrə açıqlanır. Sessiya zamanı tələbələrin imtahana qədər topladıqları balların hesablanıb imtahanadək onlara bu barədə məlumat verilməsi diqqət mərkəzində saxlanılır. Mövcud tədris planlarına uyğun olaraq, imtahan sessiyası 29 dekabr 2017-ci il tarixdə başlanıb, 01 fevral 2018-ci ilədək davam edəcək. Tələbələrin imtahan sessiyasının gedişi ilə bağlı rəylərini öyrənmək, baş verə biləcək neqativ halların qarşısını almaq məqsədi ilə filialda “Rəy və təkliflər qutusu” hazırlanıb, tələbələrin öz fikirlərini bildirmələri üçün şərait yaradılıb.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft