Bu gün: 20 Yanvar 2018, Şənbə
20 Yanvar faciəsindən 28 il keçir
20 Yanvar faciəsindən 28 il keçir
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi
Bu günlər respublikamızda və dünyanın bir çox ölkələrində milli faciəmiz olan 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar müxtəlif tədbirlər keçirilir.

 

Qədirbilən xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini həmişə əziz tutur. Çünki onlar Azərbaycanın yenidən öz dövlət müstəqilliyini bərpa etməsində böyük rol oynayıblar. Azərbaycanın yenidən müstəqillik qazanmasında xalqımızın qəhrəman oğullarının əvəzsiz xidmətləri olmuşdur. Eyni zamanda xalqımızın böyük oğlu, görkəmli siyasət və dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında, gücləndirilməsində və dünya miqyasında tanınmasnda müstəsna xidmətləri var. 20 Yanvar hadisələri xalqımızın 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının kulminasiya nöqtəsi idi. XX əsr xalqımızın tarixinə həm qanlı faciələrlə, həm də qəhrəmanlıqlarla dolu olan bir dövr kimi daxil olmuşdur. Xalqımış haqlı olaraq 20 Yanvar hadisələrini həm faciə, həm də qəhrəmanlıq kimi səciyyələndirir. Çünki 20 Yanvar hadisələri xalqımızın azadlığa qovuşmasında mühüm rol oynamışdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet Ordusunun ən müasir döyüş texnikası ilə silahlanmış hissələri Bakıda çox dəhşətli və qanlı bir cinayət törətdilər. Öz hüquqlarının bərpası üçün küçə və meydanlara toplaşmış dinc mülki əhaliyə odlu silahlardan atəş açıldı, xalq güllə-baran edildi. Xüsusi təlim keçmiş əsgərlər, hətta qoca və uşaqlara belə rəhm etmirdilər. Nəticədə, həmin gecə 134 nəfər (bəzi mənbələrdə bu rəqəm 170 nəfər göstərilir) soydaşımız amansızcasına qətlə yetirildi, 700-dən çox adam yaralandı, 321 nəfər itkin düşdü, yüzlərlə insan həbs edildi. Sovet Ordusunun xüsusi təlim keçmiş hissələrinin Azərbaycanda törətdiyi cinayətlər yalnız Bakıda baş vermiş faciə ilə kifayətlənmədi. Yanvarın 25-də və 26-da Neftçala və Lənkəranda bir sıra cəza tədbirləri həyata keçirildi və insanlar amansızlıqla qətlə yetirildilər. Digər tərəfdən, Azərbaycan informasiya blokadasına salınmışdı. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı və məşum hadisədən xəbərsiz idi. Xalqımızın vətənpərvər oğlu, ulu öndərimiz Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək Sovet Ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat verdi və faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi. Qeyd edək ki, 20 Yanvar faciəsinə hüquqi-siyası qiymət ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda xalqın inadlı tələbi ilə yenidən respublika rəhbərliyinə qayıtmasından sonra verildi. 1994-cü il yanvarın 5-də Ümummilli Liderimiz müvafiq Sərəncam imzaladı ki, həmin Sərəncamda da faciənin respublika miqyasında geniş araşdırılıb hüquqi-siyasi qiymət verilməsi tövsiyə olunurdu. Ümummilli Liderimizin müvafiq Sərəncamı ilə 20 Yanvar ölkəmizdə Ümumxalq Hüzn Günü elan edilmişdir. Həmin gün Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid soydaşlarımızın xatirəsi dövlət səviyyəsində böyük ehtiramla yad olunur. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş müdrik siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin və bütövlükdə bu qəbildən olan şəxslərin ailələrinə dövlət səviyyəsində qayğı və köməkliyin göstərilməsi və onların sosial müdafiəsinin gücləndirilməsi üçün bütün lazımi tədbirləri həyata keçirir. Öz milli dövlətçiliyini yenidən bərpa etmiş respublikamızın bütün bölgələrində şəhidlərin xatirəsinə abidə-komplekslər ucaldılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 20 Yanvar faciəsinin qurbanlarına və onların ailələrinə xüsusi diqqət və qayğı göstərir. 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar yanvar ayının 8-dən başlayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində azadlıq uğrunda həlak olmuş şəhidlərin xatirəsinə həsr edilmiş müxtəlif tədbirlər keçirilir. Yanvarın 18-də, saat 11:00-da isə ADPU-da 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr edilmiş tədbir keçiriləcək. 20 Yanvar elə bir tarixdir ki, illər, əsrlər ötsə də, bu gün heç vaxt unudulmayacaq, yaddaşlardan silinməyəcəkdir. Xalqımıza qarşı bu bəşəri cinayəti törədənlər isə həmişə lənətlənəcəklər.

 

1 ... 15 16 17 ... 25

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.007036

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)