Bu gün: 21 Fevral 2018, Çərşənbə
ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı
ADPU-da payız semestrinin imtahan sessiyası başa çatdı
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi
Azərbaycan Respublikasının Təhsil naziri vəzifələrini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı müvafiq əmrə uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyası yanvar ayının 4-də başlayaraq fevralın ayının 2-dək davam etdi.

 

Qeyd edək ki, ADPU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan hər bir şikayətin çevik şəkildə araşdırılıb lazımi ölçü götürülməsi universitet rəhbərliyinin daim diqqət mərkəzində olub. İmtahanlar qrafikə uyğun olaraq hər gün saat 9:00-da başlayıb, 17:30-da başa çatıb. Yazılı imtahanlar gün ərzində 3 dəfə- saat 9:00, 12:00, 15:00-da keçirilib. Test üsulu ilə gün ərzində hər 45 dəqiqədən bir imtahanlar keçirilib. Gün ərzində ümumilikdə təxminən 3000 nəfər tələbə yazılı və test üsulu ilə imtahan verib. Bütün imtahanların nəticələri günün sonunda ADPU-nun İnternet saytına yerləşdirilib. İmtahan prosesinə heç bir kənar müdaxilə yol verilməyib, tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb. Məlumat üçün bildirək ki, sessiya müddətində ADPU-nun İmtahan Qərargahına 65 müraciət daxil olub. Onlardan 54-ü yazılı qaydada verilən imtahanlarla, 11-i isə test üsulu ilə verilən imtahanlarla bağlı olub. Yazılı qaydada verilən imtahanlarla bağlı edilən müraciətlərin 41-i müsbət həll edilib. Test üsulu ilə verilən imtahanlarla bağlı edilən müraciətlərin 8-i müsbət həll edilib. Sessiya müddətində Apelyasiya Komissiyasına 1610 müraciət daxil olub. Onlardan 1550-si yazılı qaydada verilən imtahanlarla bağlı, 60-ı isə test üsulu ilə verilən imtahanlarla bağlı olub. Yazılı qaydada verilən imtahanlarla bağlı edilən müraciətlərin 400-ə yaxını müsbət həll edilib. Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq ADPU-da tələbələrə 2 fənni dinləmədən fevralın 5-dən 9-dək akademik kredit borclarını ödəmək üçün lazımi şərait yaradılıb. Eyni zamanda müxtəlif üzürlü səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələbələrin müvafiq sənədləri təqdim edilməklə imtahanlara buraxılması təmin edilib. Həmçinin universitetdə tələbələrin valideynlərin, təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin, təhsil ekspertlərinin imtahan prosesini izləmələrinə də xüsusi diqqət yetirilib ki, bu da ictimaiyyətdə imtahanların gedişi barədə düzgün təsəvvürün formalaşdırılmasına xidmət edib. İmtahan prosesində nizam-imtizam, səliqə-sahman təmin olunub, bütövlükdə imtahan prosesi mütəşəkkil təşkil edilib. ADPU-da fəaliyyət göstərən İctimai Şura da imtahan prosesinə ciddi nəzarət edib. Tələbələr şəffaf və obyektiv imtahan mühitinin yaradılmasından razı qaldıqlarını bildiriblər. ADPU-nun 5 filialında-Ağcabədi, Şəki, Şamaxı, Quba və Cəlilabad filiallarında, həmçinin ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində də payız semestrinin imtahan sessiyası şəffaf və ədalətli keçirilib. ADPU-nun rektoru, professor Cəfər Cəfərov hər gün imtahan zallarında olaraq imtahan prosesini müşahidə edib, imtahanların çevik, şəffaf və obyektiv keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib. Bütövlükdə ADPU-da imtahan sessiyasının normal mənəvi-psixoloji şəraitdə, obyektiv keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib və sessiya uğurla yekunlaşıb.

1 ... 49 50 51 ... 67

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.00833

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)