Bu gün: 21 Fevral 2018, Çərşənbə
ADPU-da “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi ilə bağlı görüş keçirilib
ADPU-da “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi ilə bağlı görüş keçirilib
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi
Fevralın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçiriləcək “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi ilə bağlı görüş keçirilib.

 

Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, İnzibat və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev, Məktəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva, Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova, həmin kafedranın dosenti Tamella Ağayeva, Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov, Tədqiqat və inkişaf şöbəsinin müdiri Şəhla Əhmədova, Heydər Əliyev Mərkəzinin Aparat rəhbəri, RİİB-in sədri Məhəmməd Abdullayev, Heydər Əliyev Mərkəzinin şöbə müdiri Seymur Mirzəyev, RİİB-in eksperti Kərəm Qafarlı və “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev iştirak ediblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov görüşü giriş sözü ilə açaraq universitetin yaranma tarixi, müasir vəziyyəti, tədris prosesi, həyata keçirilən islahatlar, yeniliklər barədə məlumat verib. Rektor qeyd edib ki, Azərbaycan Müəllimlər İnstitutunun ADPU-ya qoşulmasından sonra universitet struktur və müəllim-tələbə heyəti baxımından ölkəmizin ən böyük universitetlərindən birinə çevrilib. Hazırda ADPU-da 8 fakültə, 35 kafedra fəaliyyət göstərir. ADPU-nun 5 filialı var. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb ADPU-nun baza məktəbi müəyyən edilib. ADPU-da 17 mindən çox tələbə təhsil alır. Tədris 4 binada aparılır. ADPU-da həyata keçirilən islahatların, yeniliklərin, layihələrin əsas məqsədi, başlıca hədəfi universiteti müasir tələblərə cavab verən ali təhsil müəssisəsinə çevirməkdir.

Heydər Əliyev Mərkəzinin Aparat rəhbəri, RİİB-in sədri Məhəmməd Abdullayev səmimi və işgüzar görüşə görə təşəkkür edib. M.Abdullayev Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən danışaraq bildirib ki, bu layihələr regionlarda gənclərin işlə təmin edilməsində, onların rifah halının yaxşılaşmasında mühüm rol oynayıb.

Heydər Əliyev Mərkəzinin şöbə müdiri Seymur Mirzəyev və RİİB-in eksperti Kərəm Qafarlı, “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev çıxış edərək layihə barədə məlumat veriblər. Bildirilib ki, Avropa İttifaqının qrantı əsasında həyata keçiriləcək bu layihənin məqsədi Bakıda və bölgələrdə inklüziv təhsil sahəsinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi, bu sahədə çalışan mütəxəsisslərin bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Təhsil Nazirliyi bu layihəyə lazımi dəstək verir. “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi təhsil müəssisələrinin və tədris proqramlarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması, pedaqoji kadrların hazırlanması, inklüziv təhsilə cəlb olunan şəxslər üçün məlumat bazasının yaradılması, müvafiq sahəni tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsi və digər müvafiq sahələrin tənzimlənməsində əlavə imkanlar yaradacaqdır. Layihə çərçivəsində ADPU-nun filiallarında resurs mərkəzlərinin yaradılması nəzərdə tutulur. Layihə iştirakçıları arasında rəqabət yaratmaq və onların fəaliyyətlərini stimullaşdırmaq üçün müsabiqələr keçiriləcək. Layihədə Təhsil İnstitutu, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu iştirak edir.

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə, Məktəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı Şəhla Əliyeva, Korreksiyaedici təlim kafedrasının müdiri Nailə Hüseynova çıxış edərək inklüziv təhsil sahəsində ADPU-da kifayət qədər təcrübə əldə edildiyini, “İnklüziv təhsil” fənninin əsas fənlərdən biri kimi tədris edildiyini, dərs vəsaitlərinin, tədris materiallarının olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, ADPU-da təhsil alan əcnəbi tələbələrin 90 faizi “Korreksiyaedici təlim” ixtisasında təhsil alırlar. ADPU bu sahədə fəaliyyət göstərən mərkəzlərlə, qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir, müxtəlif layihələrin iştirakçısıdır. Universitetdə yaxın vaxtlarda inklüziv təhsilə dair dəyirmi masa keçiriləcək. Dəyirmi masada ADPU-nun bu sahədə qazandığı təcrübənin bölüşdürülməsi, mövcud vəziyyətin təhlili, fikir mübadiləsinin aparılması və qarşıda duran vəzifələrin müzakirə edilməsi nəzərdə tutulur. Bütövlükdə ADPU bu sahədə əməkdaşlıq etməyə və layihədə iştirak etməyə hazırdır.

1 ... 50 51 52 ... 67

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.008446

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)