Bu gün: 21 Fevral 2018, Çərşənbə
ADPU-da “İrəvanda milli maarifçilik mühiti” kitabının təqdimatı keçirilib
ADPU-da “İrəvanda milli maarifçilik mühiti” kitabının təqdimatı keçirilib
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi
Fevralın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) filologiya üzrə elmlər doktoru, professor Cəfər Cəfərovun və filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin müəllifi olduqları “İrəvanda milli maarifçilik mühiti” kitabının təqdimatı keçirilib.

 

Tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müəllimləri, əməkdaşları, tanınmış alimlər, ziyalılar iştirak ediblər. Kitabın elmi redaktorları filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı Nazim Mustafa, rəyçilər pedaqogika üzrə elmlər doktoru, professor Əjdər Ağayev, pedaqogika üzrə elmlər doktoru, professor Rüfət Hüseynzadə, filologiya üzrə elmlər doktoru, professor Mahirə Nağıqızı, pedaqogika üzrə elmlər doktoru Həsən Bayramoğludur.

Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, Yeni Azərbaycan Partiyasının (YAP) fevralın 8-də keçirilən VI qurultayında partiyanın sədri İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü. Dövlət başçımız ölkənin gələcək inkişaf strategiyası ilə bağlı geniş və məzmunlu çıxış etdi, qarşıda duran əsas vəzifə və başlıca hədəfləri açıqladı. Cənab Prezident xüsusi qeyd etdi ki, biz tarixi torpaqlarımıza qayıtmalıyıq. Elm adamlarımız, düşüncə sahiblərimiz, ziyalılarımız tariximizi yaşatmalı, gələcək nəsillərə ötürməlidir. Bu gün təqdimatına yığışdığımız “İrəvanda milli maarifçilik mühiti” kitabı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Elmi-tarixi faktlara əsaslanan bu kitab maarifpərvər ziyalılarımızın həyat və fəaliyyətinin öyrənilməsi, tədqiq olunması baxımından təqdirəlayiqdir. İrəvan maarifçilik mühitinin təmsilçiləri xalqımızın mənəvi təkamülündə, ölkəmizin mədəni inkişafında sanballı xidmətlər göstəriblər. Rektor çıxışının sonunda kitabın müəlliflərinə təşəkkür edib və onlara uğurlar arzulayıb.

Tədbirdə çıxış edən professor Buludxan Xəlilov “İrəvanda milli maarifçilik mühiti” kitabının təqdimatının ADPU-da keçirilməsini təbii bir hal kimi qiymətləndirib. Qeyd edib ki, ADPU ölkəmizdə ali pedaqoji təhsilin öncülü hesab edilir. Bu kitab təhsil tariximizin ardıcıl tədqiqi baxımından böyük önəm kəsb edir və təhsilimiz üçün layiqli töhfədir. İrəvan təhsil mühiti Azərbaycan təhsilinin bir parçasıdır, bir qoludur. Bu baxımdan, “İrəvanda milli maarifçilik mühiti” kitabı yeni axtarışlara, araşdırmalara, elmi-tədqiqatlara istiqamət verir. İrəvan təhsil mühitinin yetirmələrinin bir çoxu ADPU-da çalışaraq universitetimizin inkişafında mühüm rol oynayıblar.

Pedaqogika üzrə elmlər doktoru, professor Rüfət Hüseynzadə, Bakı Dövlət Universitetinin (BDU) professorları Əyyub Əzizov, Cəlil Nağıyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Vəli Əliyev, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov, Bakı Slavyan Universitetinin (BSU) professoru Şəlalə Həsənova, Əməkdar müəllim, şair Oqtay Rza, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədli və başqaları çıxış edərək hərtərəfli elmi araşdırmalar,böyük əmək, fədakarlıq, milli təəssübkeşlik, vətənpərvərlik sayəsində ərsəyə gələn “İrəvanda milli maarifçilik mühiti” kitabını yüksək qiymətləndirərək müəlliflərə uğurlar arzulayıblar.

Qeyd edək ki, kitabdan Azərbaycanın təhsil tarixi ilə maraqlananlar, magistrlər, tədqiqatçılar, geniş oxucu kütləsi istifadə edə bilər.

Kitabın müəllifləri professor Cəfər Cəfərov və dosent Cəlal Allahverdiyev çıxış edərək təqdimat mərasiminin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

1 ... 51 52 53 ... 67

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.008266

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)