Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2018/xeber-53.htm
Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin Elmi Şurasının iclası keçirilib
Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin Elmi Şurasının iclası keçirilib
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi
Fevralın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin Elmi Şurasının iclası keçirilib.

 

Elmi Şuranın iclasında Musiqi və onun tədrisi metodikası kafedrasının müəllimi, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin və Təsviri incəsənət və onun tədrisi metodikası kafedrasının dosenti, Əməkdar rəssam Rəis Rəsulovun Azərbaycan Respublikasının Dövlət Mükafatına kafedralardan namizədlikləri irəli sürülüb. İclasda Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədər hazırlıq fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Laçın Həsənova, Musiqi və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zemfira Abdullayeva, Təsviri incəsənət və onun tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, dosent Çingiz Rüstəmov çıxış edərək namizədlərin irəli sürülməsini dəstəkləyiblər.


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft