Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2018/xeber-54.htm
ADPU-nun Şamaxı Filialının tələbəsi mükafata layiq görülüb
ADPU-nun Şamaxı Filialının tələbəsi mükafata layiq görülüb
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi
2017-ci ilin oktyabr ayının 1-dən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə “Könüllü” Tələbə Təqaüd Proqramı müsabiqəsinə start verilmişdir.

 

Proqramın əsas məqsədi regionlarda ictimai nəzarətin həyata keçirilməsində könüllülərin fəal iştirakını təmin etmək, eləcə də gənclərin bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına və regionlarda geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək göstərməkdən ibarət olmuşdur. Müsabiqəyə ölkənin müxtəlif ali təhsil müəssisələrindən, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialından da könüllü tələbələr qatılmışlar. Fevralın 8-də “Yarat” Müasir İncəsənət Məkanında “Könüllü” Tələbə Təqaüd Proqramı müsabiqəsinin bağlanış mərasimi keçirilmiş və müsabiqənin qalibləri mükafatlandırılmışlar. ADPU-nun Şamaxı Filialının “İbtidai sinif müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Südabə Əlibəyli RİİB-in fəal könüllü üzvü kimi öncədən sertifikatla təltif olunmuş və 3 ay ərzində könüllü tələbələr arasında xüsusi fəallıq göstərdiyinə görə 100 manat məbləğində birdəfəlik təqaüdlə mükafatlandırılmışdır. Biz də Südabə Əlibəylini təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq.


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft