Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2018/xeber-55.htm
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin Elmi Şurasının geniş tərkibdə iclası keçirilib
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin Elmi Şurasının geniş tərkibdə iclası keçirilib
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi
Fevralın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin Elmi Şurasının geniş tərkibdə iclası keçirilib.

 

İclası giriş sözü ilə fakültənin dekanı, Elmi Şuranın sədri, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva açıb. Elmi Şuranın katibi iclasın gündəliyində duran məsələlərlə Şura üzvlərini tanış edərək bildirib ki, gündəliyə payız semestrinin imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr, pedaqoji təcrübəyə hazırlıq və cari məsələ daxildir. Payız semestrinin imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr barədə fakültə Elmi Şurasının sədri Şəhla Əliyeva ətraflı məruzə edib. Məruzə ətrafında ciddi və səmərəli müzakirələr aparılıb. Professor Müseyib İlyasov, dosent Nurəngiz Rzayeva və digər müəllimlər çıxış edərək öz fikir və mülahizələrini bölüşüblər.

İclasda Ş. Əliyeva pedaqoji təcrübəyə hazırlıqla bağlı da ətraflı məlumat verib. Bildirib ki, bu tədris ilində fakültənin üç ixtisasından 12 qrup pedaqoji təcrübə keçəcək. Tələbələr Bakı şəhərinin 8 uşaq bağçasında, 4 orta məktəb, 3 xüsusi məktəb və 4 psixologiya və reablitasiya mərkəzlərində təcrübə keçəcəklər. Fakültənin pedaqoji təcrübəni həmişə yüksək səviyyədə həyata keçirdiyini, bu il də qarşıda duran vəzifələri tələb olunan səviyyədə yerinə yetirəcəklərini vurğulayıb.

İclasda professor Ramiz Əliyev, dosent Allahyar İmanov, professor Müseyib İlyasov, professor Ərəstun Baxşəliyev, dosent Zərifə Zeynalova, dosent Lamiyə Qurbanova, baş müəllim Münəvvər Məmmədova və digərləri çıxış ediblər. Cari məsələdə proqram və metodik vəsaitlərin çap olunması müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft