Bu gün: 21 Fevral 2018, Çərşənbə
ADPU-da Finlandiya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Arzu Oqtayla görüş keçirilib
ADPU-da Finlandiya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Arzu Oqtayla görüş keçirilib
ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi
Fevralın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsil işçisi, Finlandiya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Arzu Oqtayla görüş keçirilib.

 

Qeyd edək ki, görüş ADPU-nun Tədris Departamentinin direktoru, dosent Sənan Əliyevin, Məzun, Koordinasiya və Karyera Mərkəzinin müdiri Könül Əsgərovanın təşəbbüs və təşkilatçılığı ilə keçirilib. Görüşdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri iştirak ediblər. Görüşü giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov Arzu Oqtayın həyat və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Arzu Oqtay qızı Muradlı Bakı şəhərində anadan olub. 1991-cu ildə Bakı Dövlət Universitetini bitirib. 2002-ci ildən Finlandiyada yaşayır. Pedaqoji fəaliyyətini davam etdirir. Eyni zamanda diaspor quruculuğundai fəal iştirak edir. Finlandiyada ölkəmizi təbliğ edir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əzmlə çalışır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə diaspor quruculuğundakı səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalına və Diasporla İş üzrə Dövlət Komitəsinin fəxri fərmanına layiq görülüb. Görüşün keçirilməsində məqsəd Arzu Oqtayın təqdimatında Finlandiyanın təhsil sistemi haqqında məlumat almaqdır. Finlandiya təhsil sistemi dünyada uğurlu təhsil modeli kimi qəbul edilir. Bu görüşün keçirilməsi qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və fikir mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edir. Rektor qeyd edib ki, ADPU-da Pedaqoji Forum fəaliyyətə başlayır. Bu forumda həm ADPU-nun alim-mütəxəssisləri, həm də respublikamızın tanınmış və nüfuzlu təhsil ekspertləri təqdimatlarla çıxış edəcəklər. Bununla yanaşı, Filologiya, Tarix və coğrafiya fakültələrində tariximiz, ədəbiyyatımız, milli mədəniyyətimizlə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Biz pedaqoji təhsildə qabaqcıl beynəlxalq təcrübəni öyrənməli, tətbiq etməli, təhsilin keyfiyyətini yüksəltməliyik. ADPU 100 illik yubileyini layiqli nəticələrlə yüksək səviyyədə qeyd etməlidir. Arzu Oqtay öncə görüşün keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və universitetin kollektivinə uğurlar arzulayıb. Təqdimatında Finlandiyanın təhsil sistemi haqqında məlumat verərək qeyd edib ki, Finlandiyanın təhsil sistemi sadə, lakin mütərəqqi bir sistemdir. Finlandiyanın təhsil sistemi rəqabətə yox, həmrəylik prinsipinə əsaslanır. Bu təhsil sistemi şagirdlərin yüklənməsinə yol vermir. Müəllim Finlandiya cəmiyyətində ən yüksək statusa malikdir. Müəllim tədrisdə şagirdlərin sərbəst axtarışlar etmələrinə şərait yaradır. Məktəbin öz büdcəsi olur. Şagirdlərin peşə-ixtisas seçimi düzgün istiqamətləndirilir. Finlandiyada repetitorluq fəaliyyəti yoxdur. Universitetlərdə müəllimlər tələbələrlə öz həmkarları kimi davranırlar. Finlandiya Avropa ölkələri arasında yeganə dövlətdir ki, burada azsaylı xalqların ana dili tədris edilir. Tədbirdə iştirakçıların sualları cavablandırılıb, maraqlı və səmərəli fikir mübadiləsi aparılıb. Görüşdə professor Fikrət Rzayev, professor Müseyib İlyasov, professor Fərrux Rüstəmov, dosent Şahin Pənahov, dosent Yusif Alıyev, dosent Əli Zalov, dosent Oqtay Alxasov və başqaları çıxış edərək cəmiyyətdə müəllimin yeri və mövqeyi, ictimai nüfuzu barədə öz fikir və mülahizələrini bölüşüblər. Görüşə yekun vuran rektor Cəfər Cəfərov belə görüşlərin davamlı keçirilməsinin vacibliyini vurğulayaraq maraqlı və məzmunlu təqdimata görə Arzu Oqtaya təşəkkür edib.

1 ... 55 56 57 ... 67

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.008286

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)