Bu gün: 20 Yanvar 2018, Şənbə
Əcnəbi tələbələrlə iş üzrə şöbənin hazırlıq kurslarında təhsil alan türkiyəli dinləyicilərin ekskursiyası
Əcnəbi tələbələrlə iş üzrə şöbənin hazırlıq kurslarında təhsil alan türkiyəli dinləyicilərin ekskursiyası
İctimaiyyətlə əlaqələr şöbəsi
Dekabrın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Əcnəbi tələbələrlə iş üzrə şöbəsinin müdiri Aynurə Əsgərovanın təşəbbüsü ilə şöbənin hazırlıq kurslarında təhsil alan türkiyəli dinləyicilərin Bakı şəhərində fəaliyyət göstərən Miniatür Kitab Muzeyinə və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə daxil olan Şirvanşahlar Sarayına ekskursiyası təşkil edilmişdir. Ekskursiyaya rəhbərlik şöbənin Azərbaycan dili müəllimləri Aynurə Əliyevaya və Zalxa Orucovaya tapşırılmışdır.

 

Ekskursiya zamanı hazırlıq kurslarında təhsil alan türkiyəli dinləyicilərə ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və insanları haqqında geniş məlumat verildi. Miniatür Kitab Muzeyinin 2002-ci ildən fəaliyyət göstərdiyi, dünyada ilk özəl miniatür kitab muzeyi olduğu dinləyicilərin nəzərinə çatdırıldı. Türkiyəli dinləyicilər muzeydə 8 mindən çox miniatür kitabla tanış olub, müxtəlif dövlətlərin kitab nümunələri haqqında geniş məlumat əldə etdilər.

Muzeyin eksponatları arasında qədim "Qurani-Kərim" və "İncil" kitabları dinləyicilərdə xüsusi maraq oyatdı.  Dinləyicilər muzeyin rəy və xatirə kitabına ürək sözlərini yazdılar, sonra muzeyin yaxınlığında yerləşən Şirvanşahlar Sarayına ekskursiya etdilər. Türkiyəli dinləyicilər burada Şirvanşahlar dövləti hökmdarlarının köhnə iqamətgahı ilə yaxından tanış oldular, xanların və onların xanımlarının geyimləri, bəzək əşyaları, silahları, qab-qacaqları və s. əşyaları maraqla izlədilər. Onlar Saraydan başqa Şirvanşahlar türbəsini, Divanxananı, Şah məscidini, Saray hamamını, Ovdan yerlərini heyranlıqla seyr etməklə yanaşı, kompleksə daxil olan saray alimi Seyid Yəhya Bakuvinin türbəsini və Keyqubad məscidini böyük ehtiramla ziyarət etdilər. 

Türkiyəli dinləyicilər ekskursiya nəticəsində bir neçə saat ərzində Azərbaycan haqqında bilik və təsəvvürlərinin xeyli artdığını etiraf etdilər. Qeyd edək ki, ekskursiya türkiyəli dinləyicilərin hədsiz marağına səbəb olmuşdur. Bundan sonra da belə tədbirlərlərin təşkili, mədəni proqramların həyata keçirilməsi Əcnəbi tələbələrlə iş üzrə şöbənin qarşısına qoyduğu vəzifələrdən biri hesab edilir. ADPU-da təhsil alan əcnəbi vətəndaşların asudə vaxtının səmərəli keçirilməsi istiqamətində mühüm işlərdən biridir.

 

1 ... 6 7 8 ... 25

Faydalı Linklər

azerbaijan.az
heydar-aliyev.org
president.az
edu.gov.az
science.gov.az
e-gov.az
virtualkarabakh.az
fact-info.az
irs-az.com
az.wikipedia.org
Açıq Hökümət

Sual-Cavab
Təbiət elmləri fənnləri üzrə "ardıcıllıq" testlərini necə tərtib etmək olar?
"Iki mərhələli imtahan" hansı qaydalar üzrə keçirilir?
"Qara siyahi"yə düşmüş tələbələrlə bağlı hansı addımlar atılmalıdır?
Test bankları yoxdur...
Qiyabi təhsil alan tələbələr hansı test banklarından istifadə etməlidirlər?
Xəbər Lenti
ADPU-nun Quba Filialının “ Kron” komandası intellektual bilik yarışının qalibi oldu
Elmi-innovativ seminar
ADPU-nun 40 nəfər əməkdaşı Sumqayıt Dövlət Universitetində keçirilən Respublika elmi konfransında iştirak etmişdir
Bir həftə Saymendə
Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
ADPU-nun əməkdaşı “Kitabxanada bir gün” adlı tədbirdə iştirak edib
ADPU-nun Elmi Şurasının 2016-2017-ci tədris ili üçün ilk iclası keçirilib
Filologiya fakültəsi Elmi Şurasının iclası
ADPU-da “Rənglərin sirri” konfrans-müsabiqəsi keçirilib
18 oktyabr-tariximizin şanlı səhifəsi
Tarix və coğrafiya fakültəsinin müəllim və tələbələri “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində maarifləndirici elmi turda iştirak ediblər
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində pedaqoji təcrübənin yekununa həsr olunmuş konfrans keçirilmişdir
ADPU–da “Cənubi Qafqazda Özəl Sektorun İnkişaf Proqramı” çərçivəsində “Cənubi Qafqazda Dual Peşə Təhsili və Təlimin İnkişaf Potensialı” mövzusunda təqdimat mərasimi keçirilib
ADPU-nun Quba Filialının tələbəsi Kəmalə Zeynalova beynəlxalq “Meqa Talant” olimpiadasının qalibi olmuşdur
ADPU-da Xalq şairi Qabilin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Yol hərəkətinin təhlükəsizliyinə həsr olunmuş maarifləndirmə tədbiri
ADPU-nun Ağcabədi Filialında “Tariximizin şanlı salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirildi
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib
Bacarıqlar-biznes üçün, biznes-bacarıqlar üçün
ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə MEK tərəfindən kitab hədiyyə aksiyasi keçirilib
ADPU-nun Şamaxı Filialında intellektual bilik yarışı keçirilib
“Media və təhsil dialoqu” mövzusunda təlim-konfrans keçirilib
ADPU-nun rektoru,professor Cəfər Cəfərov qəbul imtahanlarında 500-dən çox bal toplayan tələbələrlə görüş keçirib
ADPU-nun beynəlxalq əlaqələri genişlənir
ADPU-da “I Türkoloji Qurultayın türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib
ADPU Quba Filialında “Fitnə” filmi nümayiş etdirilib
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2016-cı il tarixli sərəncamları ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə çoxlu sayda təhsil işçisinə müxtəlif fəxri adlar verilib, medallarla təltif ediliblər.

Bütün materiallar "ADPU"ya məxsusdur və istinad vacibdir.  

Sorğunun yerinə yetirilmə müddəti (mk.san.):0.017583

Powered by TusiSoft©. 2004-2017. TSW (TuSi Web) Version 5.4.68 (beta)