Çap olunan sənəd: http://www.adpu.edu.az/gen/html/azl/universitet/xeber/2018/xeber-9.htm
ADPU –nun tələbəsi Türkan Qəniyeva “III Qış Elm Festivalı”nda qalib olub
ADPU –nun tələbəsi Türkan Qəniyeva “III Qış Elm Festivalı”nda qalib olub
İctimaiyyətlə əlaqələr şöbəsi
Bakı Mühəndislik Universitetinin Tələbə Elmi Cəmiyyəti tərəfindən "III Qış Elm Festivalı" keçirilib. Festivalda 20-dən çox ali təhsil müəssisəsinin tələbələri və orta məktəb şagirdləri tərəfindən 100-ə yaxın layihə nümayiş etdirilib. Qeyd edək ki, layihələr dil və ədəbiyyat, mühəndislik, biologiya, fizika, kimya, riyaziyyat və iqtisadiyyat kateqoriyalarında təqdim olunub.

 

ADPU-nun Kimya və biologiya fakültəsinin IV tədris ili tələbəsi Türkan Qəniyeva Bakı Mühəndislik Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi “III Qış Elm Festivalı”nda iştirak edib. Onun təqdim etdiyi “Kök hüceyrələri ilə xərçəng xəstəliyinin müalicəsi” adlı layihəsi III yeri qazanıb. Qalib gələn layihələrin müəllifləri diplom və sertifikatlarla mükafatlandırılıblar. Biz də bu münasibətlə Türkan Qəniyevanı təbrik edir, ona yeni uğurlar arzulayırıq.

 


TSW (TuSi Web) 5.4.68 (beta) | TusiSoft