шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

UNİVERSİTET

Elanlar

Məzun günü

Məzun günü

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 1 nömrəli tədris binasının həyətində 2019-cu il  iyun ayının 28-də,  saat 18:00-da  Məzun günü   keçiriləcək.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Gənclər Fondu təhsil haqqının qarşılanması üçün növbəti ərizə qəbulunu elan edir

Gənclər Fondu təhsil haqqının qarşılanması üçün növbəti ərizə qəbulunu elan edir

Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişinə əsasən Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi üzrə növbəti müsabiqəyə start verir.

Ötən il ölkənin 31 ali dövlət ali təhsil müəssisəsində təhsil alan 237 nəfər  tələbənin təhsil haqqı borcları müsabiqə əsasında Gənclər Fondu tərəfindən qarşılanıb. 

Bu il müsabiqədə iştirak etmək istəyənlər Gənclər Fondunun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Gənclər Fonduna göndərməlidirlər.

1

Maliyyələşmə 2018-2019 və 2019-2020-ci tədris ili üçün nəzərdə tutulmuş təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.

Müsabiqə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürülür.

Müsabiqəyə 31 dövlət ali təhsil müəssisəsinin və onların filliallarında, əlavə olaraq bu il üçün nəzərdə tutulmuş 54 dövlət orta ixtisas təhsili müəssisəsinin əyani/qiyabi təhsilalma formaları üzrə, bakalavr/magistr təhsil səviyyələrində olan tələbələr müraciət edə bilərlər.

Müraciətlər 19 iyul 2019-cu il saat 18:00-dək qəbul ediləcək.

Ətraflı məlumat üçün: https://youthfoundation.az/48130

Gənclər Fondu gəncləri müsabiqədə fəal iştirak etməyə və dövlət tərəfindən yaradılmış bu müstəsna imkandan yararlanmağa dəvət edir.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

2018/2019-cu tədris ilində əyani formada təhsil alan magistrantların dissertasiya işlərinin müdafiə cədvəli

2018/2019-cu tədris ilində əyani formada təhsil alan magistrantların dissertasiya işlərinin müdafiə cədvəli

II ali təhsil və YH

II ali təhsil və YH

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

2019/2020-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla

təkrar ali təhsil almaq üçün sənəd qəbulu

E L A N    E D İ R

- 050101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (əyani);

- 050102 Biologiya müəllimliyi (əyani);

- 050103 Coğrafiya müəllimliyi (əyani);

- 050105 Fizika müəllimliyi (əyani);

- 050107 İbtidai sinif müəllimliyi (əyani);

- 050108 İnformatika müəllimliyi (əyani);

- 050109 Kimya müəllimliyi (əyani);

- 050111 Korreksiyaedici təlim (əyani);

- 050112 Məktəbəqədər təhsil (əyani).

- 050114 Riyaziyyat müəllimliyi (əyani);

- 050116 Tarix müəllimliyi (əyani);

- 050118 Təhsildə sosial-psixoloji xidmət (əyani).

         

Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • rektorun adına ərizə;
  • şəxsiyyət vəsiqəsinin surəti (3 nüsxə);
  • ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə) (3 nüsxə);
  • əmək kitabçasından çıxarış (işləyənlər üçün);
  • 3x4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;
  • sağlamlıq haqqında arayış.

Sənədlər 20 iyul 2019-cu il tarixədək (şənbə və bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək qəbul edilir.

Məzunlara təhsil aldıqları ixtisaslar üzrə vahid formalı dövlət sənədi - diplom verilir.

 

Ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 104, ADPU-nun II tədris binası “Davamlı təhsil və təlim” şöbəsi (otaq 710)     

Telefon:  (+99412) 465-29-76                             

 

REKTORLUQ

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

2019/2020-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla

yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu

E L A N    E D İ R

- 050101 Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (əyani);

- 050102 Biologiya müəllimliyi (əyani);

- 050103 Coğrafiya müəllimliyi (əyani);

- 050105 Fizika müəllimliyi (əyani);

- 050107 İbtidai sinif müəllimliyi (əyani);

- 050108 İnformatika müəllimliyi (əyani);

- 050109 Kimya müəllimliyi (əyani);

- 050111 Korreksiyaedici təlim (əyani);

- 050112 Məktəbəqədər təhsil (əyani).

- 050114 Riyaziyyat müəllimliyi (əyani);

- 050116 Tarix müəllimliyi (əyani);

- 050118 Təhsildə sosial-psixoloji xidmət (əyani).

         

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • rektorun adına ərizə;
  • şəxsiyyət vəsiqəsinin surəti (3 nüsxə);
  • ali təhsil haqqında sənədin (diplomun) və diploma əlavənin surəti (3 nüsxə);
  • əmək kitabçasından çıxarış (işləyənlər üçün);
  • 3x4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil;
  • sağlamlıq haqqında arayış.

Sənədlər 20 iyul 2019-cu il tarixədək (şənbə və bazar günlərindən başqa) saat 10:00-dan 17:00-dək qəbul edilir.

Ünvan: Bakı şəhəri, Həsən Əliyev küçəsi 104, ADPU-nun II tədris binası Davamlı təhsil və təlim şöbəsi (otaq 710)      

Telefon:  (+99412) 465-29-76                             

 REKTORLUQ

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

 

 

 1.İbrahimov Mənsur Şöbə m  orx1  3.Bağırlı Günay Redaktor  4.Mustafayeva Mahirə Məsul katib nur1   5. Nəzərova Könül operator
İbrahimov Mənsur
Şöbə müdiri 
Abdullayev Orxan
Müdir müavini 
Bağırlı Günay
Redaktor 
 Mustafayeva Mahirə
Məsul katib
Səmədov Nurlan
Fotoqraf 
Nəzərova Könül
Operator 

 

 

Tarixi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mətbuat və informasiya şöbəsi (hazırda İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi) 2006-cı ildə yaradılıb. İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin yaradılmasında əsas məqsəd ADPU-nun respublikamızm kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlığını təşkil etmək, universitetin elmi-pedaqoji və ictimai-mədəni həyatını dövri mətbuatda yüksək səviyyədə işıqlandırmaq olmuşdur. Son illər ADPU-da təhsilin və tədrisin keyfıyyətinin yüksəldilməsi, tələbələrin biliyinin qiymətləndirilməsi zamanı şəffaflığın və obyektivliyin təmin edilməsi, bu elm və təhsil müəssisəsində informasiya-kommunikasiya texnologiyalarının uğurlu tətbiqi, eyni zamanda universitetin maddi-texniki bazasının gücləndirilməsi və beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən islahatların dövri mətbuatda günün tələbləri səviyyəsində təbliğ edilməsi İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin fəaliyyətinin əsas mahiyyətini təşkil edir.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin öz fəaliyyətini ölkəmizin aparıcı kütləvi inforınasiya vasitələri ilə sıx əməkdaşlıq şəraitində qurınası nəticəsində universitetin həyatı dövri mətbuatda və televiziyada lazımi səviyyədə işıqlandırılır. Universitetin “Gənc müəllim” qəzeti də İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin nəzdində fəaliyyət göstərir.

“Gənc müəllim” qəzeti ADPU-da 1958-ci il fevral ayının 1-dən nəşr olunur. Qəzetin yaradılmasında başlıca məqsəd bu ali təhsil müəssisəsinin həyatını işıqlandırınaq olmuşdur. İlk nüsxələri jurnalist Xəlil Köçərlinin redaktorluğu ilə nəşr olunan qəzetin səhifələrində bu qabaqcıl elm və təhsil müəssisəsinin həyatı dolğun şəkildə öz əksini tapmış, onun elmi-pedaqoji sahədə qazandığı uğurlar, həmçinin universitetdə keçirilən ictimai-mədəni tədbirlər müntəzəm olaraq işıqlandırılmışdır. “Gənc müəllim” qəzeti fəaliyyətinin ilk günlərindən gənc nəslin təlim-tərbiyəsi işinin fəal iştirakçısına çevrilmiş, tələbələrin mənəvi-əxlaqi təkamülünə ciddi təsir göstərınişdir.

“Gənc müəllim” qəzeti pedaqoji kadr hazırlığı işində bilavasitə xidmətlər göstərıniş, tələbələrin elmi-mədəni səviyyəsinin yüksəldilməsində və dünyagörüşünün genişləndirilməsində mühüm rol oynamışdır. Müxtəlif vaxtlarda qəzetə redaktorluq edən Kamal Qəhrəmanov (1963-1966), Zahid Xəlil (1966-1969), Sərhəd Məmmədov (1969-1972), Zakir Sərdarov (1972-1984), Əziz Axundlu (1984-2000), Təranə Rəhimli (2000-2006), Ayətxan İsgəndərov(2007-2015) universitetin elmi-mədəni nailiyyətlərini “Gənc müəllim”in səhifələrində işıqlandırınaqla yanaşı, tələbə-gənclərin yaradıcılığına da xüsusi qayğı ilə yanaşmış, onlarla fəal iş aparmışlar. Tofıq Qəhrəmanov, Akif Səməd, Tofiq Eyvazov, Rabil Novruzov və başqa istedadlı şair və jurnalistlər qəzetin məsul katibi, müxbiri və ədəbi işçisi kimi fəaliyyət göstərmişlər. Yazıları “Gənc müəllim”in səhifələrində müntəzəm olaraq dərc edilən Xəlil Rza Ulutürk, Xeyrəddin Qoca, Məmməd Elli, Tinatin Əliyeva, Əsəd Əsədov, Alqayıt və başqaları qəzetlə sıx əlaqə saxlayan ən fəal müəlliflərdən olmuşlar. Bu tanınmış imzalar qəzetin fəaliyyətinin yüksəldilməsində mühüm rol oynamışlar.

“Gənc müəllim” bədii istedadı olan tələbə-gənclərin yaradıcılıq istiqamətlərinin düzgün müəyyənləşdirilməsində də onlara yardımçı olmuşdur. Son illər qəzetin nəşri sahəsində bir sıra uğurlar əldə edilmişdir. Qəzetdə dərc edilən materialların jurnalistik, elmi, bədii səviyyəsi və qəzetin texniki tərtibatı xeyli yüksəldilmişdir. Qəzetin səhifələrinin artırılması, tirajın çoxaldılması, rəngli çapı, yüksək kompüter tərtibatı ilə təmin edilməsi «Gənc müəllim»in texniki cəhətdən təkmilləşdirilməsinə şərait yaratmışdır. Mübaliğəsiz demək olar ki, qəzet, sözün həqiqi mənasında, universitet həyatının güzgüsünə, onun tarixini yazan mətbuat orqanına çevrilmişdir.

“Gənc müəllim” qəzeti 2010-cu ilin aprel aymdan Azərbaycan Mətbuat Şurasının üzvüdür. “Gənc müəllim” qəzeti İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Mənsur İbrahimovun ümumi rəhbərliyi, Orxan Abdullayevin müdir müavinliyi, Günay Bağırlının redaktorluğu, Mahirə Mustafayevanın məsul katibliyi, Könül Nəzərovanın operatorluğu və Nurlan Səmədovun fotoqraflığı ilə universitetin elmi-pedaqoji və ictimai-mədəni həyatında baş verən hadisələrin fəal iştirakçısı və təbliğatçısı kimi öz fəaliyyətini davam etdirir.

“Gənc müəllim” qəzetinin redaktorlar:

Xəlil Köçərli (1958-1963)

Kamal Qəhrəmanov (1963-1966)

Zahid Xəlil (1966-1969)

Sərhəd Məmmədov (1969-1972)

Zakir Sərdarov (1972-1984)

Əziz Axundlu (1984-2000)

Təranə Rəhimli (2000-2006)

Mənsur İbrahimov (2006-2007)

Ayətxan İsgəndərov (2007-2015)

Nigar Abbasova (2017)

Günay Bağırlı (2018)

Fəaliyyəti

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi öz fəaliyyətini ölkəmizin aparıcı və nüfuzlu kütləvi inforınasiya vasitələri ilə sıx əməkdaşlıq şəraitində quraraq universitetin ictimai-mədəni və elmi-pedaqoji həyatının, həmçinin bu ali məktəbdə təhsil sahəsində və beynəlxalq əməkdaşlıq sahəsində qazanılan uğurların dövri mətbuatda, televiziyada, eləcə də şöbənin nəzdində fəaliyyət göstərən “Gənc müəllim” qəzetində lazımi səviyyədə işıqlandırılmasını təmin edir.

Aşağıdakı işləri təmin edir:

"Gənc müəllim" qəzetinin redaksiyası

ADPU.EDU.AZ portalının

"ADPU-Xəbər" blokunun redaksiyası

"ADPU-Elan" blokunun redaksiyası

"Gənc müəllim" blokunun redaksiyası

Sosial medianın idarə olunması